XƏBƏRLƏR




- 15/1/2022 Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla
4 milyard 592 mln. manat vəsait ödənilib
Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.
Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.
2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 167 dəfə oxunub