22 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/1/2022 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub


20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial

müdafə tədbirləri ilə əhatə olunub

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan tarixinə xalqımızın istiqlaliyyət əzminin sarsılmazlığını ifadə edən qəhrəmanlıq səhifəsi kimi yazılıb.

20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib.

Bu vaxta kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 135 nəfər 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlili mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib.

20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə həmin sosial ödənişlər dəfələrlə artırılıb, həmçinin 2019-cu ildə sosial müavinət və təqaüdlərdə orta hesabla 100% artımlar edilib.

2021-ci ilin əvvəlindən isə onlara Prezidentin aylıq təqaüdləri növbəti dəfə orta hesabla 50% artırılıb və şəhid ailələri üçün 500 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 400 manata, II dərəcə üzrə 350 manata, III dərəcə üzrə 300 manata çatdırılıb.

2022-ci ilin əvvəlindən isə növbəti islahat paketi çərçivəsində əlilliyi olan şəxslərin müavinətləri növbəti dəfə artırılaraq, I dərəcə  üzrə 150 manatdan 220 manata, II dərəcə  üzrə  130 manatdan 180 manata, III dərəcə  üzrə 110 manatdan 120 manata, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü 50 manatdan 80 manata çatdırılıb.

Beləliklə, təkcə son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Eyni zamanda, 20 Yanvar əlillərinin böyük hissəsi həm də pensiya ilə təmin olunur və son üç ildə pensiyaların da orta aylıq məbləği 60% artıb.

Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələri üzvlərinin hər birinin yaşa görə əmək pensiyasına əlavə hesablanıb.

Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin uşaqları da aylıq müavinətlə təmin olunur. Əmək, vergi və digər sahələrə dair qanunvericiliklərdə şəhid ailəsi üzvləri, eləcə də müharibə və 20 Yanvar əlilləri üçün bir sıra imtiyaz və güzəştlər əksini tapıb.

 

 

Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 196 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi