08 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/2/2022 "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ” adlı layihənin icrasına başlayıb.


"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ” adlı layihənin icrasına başlayıb.

     Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək Bakı şəhərinin Yasamal rayonunda icra olunacaq.  "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən icra olunan  layihənin əsas məqsədi əllilliyi olan gənclərin cəmiyyətə inteqrasiya etmələri və özlərini müstəqil fərd kimi sübut etmələridir. Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, sosial şəbəkə üzərindən  öz bizneslərini qurmağın yolları öyrədiləcək. Gənclərə 12 təlim keçiləcək. 2 ayın tamamında hər hansı tanınmış bir şirkətə ekskursiya edərək Sosial Media haqqında biliklərini daha da təkmilləşdirəcəklər.

      Bu müddət ərzində kontentin hazırlanma qaydası göstəriləcək, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları öyrədiləcək. Təlimlərdə müxtəlif internet resurslarından istifadə olunacaq, müzakirələr aparılacaq, insanlara fayda verməyin yolları və internet üzərindən biznes quraraq  faydalanmağın  yolları öyrədilcək Təlimlərdə Youtube, Instagram, Facebook, Linkedin, Tiktok və s.sosial şəbəkələr üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları da öyrədiləcək. Bu da  əlilliyi olan gənclərdə özlərinə olan inamın, sevginin daha da artmasına, özlərini yararlı hiss etmələrinə səbəb olacaq.

Layihənin gedişində təşkilatın “Sosial dəstək” adlı saytı yaradılacaq və iştirakçılara saytı idarə etməyin yolları da öyrədiləcək.

Layihənin  sonunda əlilliyi olan 10 gənc Sosial Media sahəsində yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə edəcəklər. Bu da onların gələcək həyatında, işə qəbulunda və özünü inkişaf etdirməsində, sosial media üzərindən öz biznesini quraraq  faydalanmasına  böyük dəstək olacaq. 

      Birliyin “Sosial dəstək” saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviq edilməsinə, məlumatlılığın artmasına səbəb olacaq.

 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 251 dəfə oxunub




Flag Counter






» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib

» 29/7/2022- Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib