22 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/5/2022 Yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edildi


 

Yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və

müharibə əlillərinə təqdim edildi

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda açılışı olan yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramı icra olunur.

Artıq 100 min şəxsi əhatə edən və onlara 166 min xidmətin göstərildiyi bu sosial dəstək proqramının əsas istiqamətlərindən biri olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd,  2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil/ fərdi ev verilibsə, 2021-ci ildə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və ötən il 3 min mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin kompleksdə mənzillə təmin olunan şəhid ailəsi ilə görüşərkən dövlətimizin başçısı “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur” deyə bildirib.  

Bu sözlər şəhid ailələri və müharibə əlillərinin xüsusi qayğı ilə əhatə olunması, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasında da öz əməli təsdiqini tapır. Postmüharibə dövründə artıq 3500, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Yeni mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri daim dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.

Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin olunub.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 65 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi