26 Noyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/5/2022 DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi


DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

Bu ilin ötən dövründə Agentlik  5 beynəlxalq uğura imza atıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA)  “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri müsabiqənin qalibi olub.

Agentliyin “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələri müsabiqənin Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə Fəxri Diplomlara və Attestata layiq görülüb.

BSTA-nın Tallin şəhərində (Estoniya) mayın 2-də keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”nda hər üç mükafat təqdim olunub.

Forumda Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov dəvətli ekspert statusunda “DOST Agentliyi ləyaqətli həyat naminə: 65 yaşdan yuxarı şəxslər üçün sosial müdafiənin təminati” adlı təqdimatla çıxış edib.

Təqdimatda ölkəmizdə 65 yaşdan yuxarı şəxslər üçün sosial xidmətlərin qurulması, COVİD-19 pandemiyası dövründə qarşıya çıxan çətinliklərin həllinə yönəlmiş innovativ yanaşmalar, görülən tədbirlər, atılmış addımlar, BMT-nin Əhali Fondu ilə birgə icra olunmuş “Fəal yaşlanma” layihəsi barədə məlumat verilib.

Xatırladaq ki, DOST Agentliyi bundan əvvəl daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq görülüb.

Beləliklə, bu ilin ötən dövründə Agentlik 5 beynəlxalq mükafatla təltif olunub.

DOST Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2018-ci il 9 avqust tarixində yaradılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 154 dövlət sosial xidmətinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.

Hazırda 5 DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 249 dəfə oxunub




Flag Counter






» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb

» 16/11/2022- Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

» 15/11/2022- Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir

» 14/11/2022- Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub

» 13/11/2022- 50 mindən çox şəxsə əlillik təyin olunub

» 12/11/2022- 94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 11/11/2022- “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

» 11/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2022- 8 NOYABR - ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!

» 8/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!