26 Noyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/5/2022 “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi


Azərbaycanda əmək münasibətləri sistemində yenilik:

 

“Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

#ƏməkMünasibətləriDəyişir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilir.

Bununla əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq sahələrini də əhatə etdiyini vurğulayıb.

Bildirib ki, son illərdə innovativ həllərin geniş tətbiqi şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra olunub. Bu gün isə ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçilir.

A.Əliyev yeni altsistemin tətbiqinin əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutduğunu deyib. Qeyd edib ki, ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur.

Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. Bildirilib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS  əmək münasibətlərini tənzimləyəcək.

İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə informasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri  əhatə edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də təkmilləşməsinə imkan verir.

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 238 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb

» 16/11/2022- Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

» 15/11/2022- Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir

» 14/11/2022- Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub

» 13/11/2022- 50 mindən çox şəxsə əlillik təyin olunub

» 12/11/2022- 94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 11/11/2022- “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

» 11/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2022- 8 NOYABR - ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!

» 8/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!