XƏBƏRLƏR




- 20/6/2022 Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində
əməkdaşlığa dair sənədlər imzalanıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclası başa çatıb.
İclasdan sonra Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may 2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə dair Əlavə Prosedur Müqaviləni imzalayıblar.
Həmçinin Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal təcrübə mübadilələrinin aparılacağı əksini tapır.
İmzalanmadan sonra S.Babayev və V.Bilginin brifinqi olub. Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin də genişlənməkdə olduğu qeyd edilib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 60 dəfə oxunub