13 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/7/2022 “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib


 

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib.

QHT.az xəbər verir ki, Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.

Tədbiri açılış nitqi ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” ilk dəfədir Agentlik tərəfindən başlayır və bu proqram davamlı olaraq təşkil ediləcək. Düşünürük ki, bu təlimlər QHT-lərin Layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhvə verəcək. A.Əliyeva qeyd edib ki, proqrama qeydiyyatdan 259 Qeyri-hökumət təşkilatı keçib və müsahibə zamanı onlardan 110 nəfər təlimlərdə iştirak hüququ qazanıblar. İştirak edə bilməyən təşkilatlar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək təşkil edilən proqramın əhəmiyyətini vurğulamışdır:

“Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var.

Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də sistemli xarakter almamış, ehtiyaclara uyğun təşkil edilməmişdir. Yalnız "QHT Məktəbi" proqramı davamlılığını təmin edə bilmişdir.

 

Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin, onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər. Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyindən və layihələrin keyfiyyətsiz yazılışından donor haqlı qərar qəbul edib.

Bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşımızda duran vəzifələrdən biridir. “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər”.

Açılış nitqlərindən sonra təlimlərə start verilib.

Təlimlərin birinci günü iştirakçılara “Dataların yığılması və təhlili”, “Logframe - Məntiqi çərçivənin hazırlanması və dizaynı” mövzularında təlimlər keçirilib. Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılara mövzularla bağlı nəzəri biliklər haqqında geniş məlumat verilib və iştirakçıların mözvu ilə bağlı sualları cavablandırılıb.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 67 dəfə oxunub




Flag Counter






» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb