08 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/8/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb


“Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılmışdır.

 

Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.

Bu məqsədə nail olmaq üçün Şuşa şəhərində infrastrukturun layihələndirilməsinin, tikinti-bərpa işlərinin monitorinqləri aparılacaq, müvafiq ərazilərin layihə-smeta sənədlərində nəzərə alınmaq üçün təkliflər hazırlanacaq, işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki”, “Universal Dizayn və Müyəssərlik” mövzularında seminar-təlimləri keçiriləcəkdir.

Layihə çərçivəsində eyni zamanda Şuşa şəhərində bir otelə, tarixi abidələrə, ictimai binalara və qurumlara çıxışın müyəssərliyinin təmin olunması, ictimai istifadə üçün müyəssər komunal sahənin (modul tipli sanitariya  qovşağı və duş) hazırlanması və quraşdırılması işləri görüləcəkdir.

Bunlarla yanaşı Şuşa şəhəri üzrə müyəssərlik xəritəsinin hazırlanması, nəşr, KİV-lərdə məlumatların yayımlanması fəaliyyətləri yerinə yetiriləcəkdir. 

Fəaliyyətlərin icrası zamanı Suşa Şəhər Dövlət Qoruğu İdarəsi, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC - ilə əməkdaşlıq olunacaqdır.

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 360 dəfə oxunub




Flag Counter






» 8/12/2022- Kvota üzrə 66 min iş yerinin əksəriyyəti kadrlarla təmin olunub

» 8/12/2022- I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyənləşdirilən 16,7 minədək şəxsə birdəfəlik ödəmə verilib

» 8/12/2022- “YAŞAT” Fondunun yaradılmasından iki il ötür

» 8/12/2022- Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

» 7/12/2022- Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 7/12/2022- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub