XƏBƏRLƏR




- 1/8/2022 Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib. Həmin standartlar işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Ümumilikdə son 3 ildə 1000-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.
Peşə və kvalifikasiya standartlarının hazırlanması prosesində işəgötürənlərlə, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri ilə fəal əməkdaşlıq edilir, onların təklifləri öyrənilir.
Təsdiq edilən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirilib.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 107 dəfə oxunub