01 Oktyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/8/2022 Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO


Masallı, 5 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Masallı “ASAN Həyat” Kompleksində dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramını bildirib. Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.

Regional mərkəzin açılış mərasimində ombudsman Səbinə Əliyeva giriş nitqi ilə çıxış edərək Azərbaycanda 20 il öncə fəaliyyətə başlamış Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi, habelə ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində davamlı fəaliyyət göstərdiyini qeyd edib.

S.Əliyeva Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Ombudsman Aparatının institusional imkanlarının gücləndirilməsinə də dəstək verildiyini diqqətə çatdırıb.

Çıxışda Masallı və ətraf rayonlardan ünvanlanan müraciətlərin daha operativ baxılması və yerində araşdırılmasına şərait yaradacaq Cənub Regional Mərkəzində mövcud olan elektron yeniliklərin ombudsman və onun Aparatının vəzifəli şəxsləri tərəfindən qəbul imkanlarını genişləndirdiyi qeyd olunub.

Yeni istifadəyə verilən regional mərkəzdə yaradılmış maddi-texniki imkanlar barədə məlumat verən S.Əliyeva Ombudsman Aparatı, Qəbul Mərkəzi və ombudsmanın regional mərkəzləri ilə videokonfranslar keçirilməsi üçün imkan yaradıldığını da diqqətə çatdırıb. Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən ombudsman əlavə edib ki, Cənub Regional Mərkəzinin Masallı “ASAN Həyat” Kompleksində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.

Ombudsman bütün bu fəaliyyətin məhz Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edən vətəndaş məmnunluğunun təmininə xidmət etdiyini vurğulayıb.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və vətəndaş cəmiyyətinin nümayəndələri adından Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış ediblər.

Daha sonra tədbir iştirakçıları ombudsmanın Cənub Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Sonda ombudsman tədbirdə iştirak edən dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 178 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 1/10/2022- 1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür

» 30/30/2022- ÜST Azərbaycan hökuməti ilə reabilitasiya və köməkçi texnologiyalar (AT) sahəsində əməkdaşlığı davam etdirir.

» 29/9/2022- Nazir müavini Hidayət Abdullayev şəhid Fərid Quliyevin ailəsini ziyarət edib.

» 29/9/2022- “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” adlı layihə

» 28/9/2022- Pensiya islahatında yeni mərhələ - pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşmaya keçilir

» 28/9/2022- Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I