05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/11/2022 Rumıniya nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda olub


Rumıniya nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda olub

 

Ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nümayəndə heyətinə son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər barədə məlumat verib.

 

Sosial ödənişlərdəki ciddi artımlar, DSMF-də idarəçiliyin şəffaflaşdırılması və optimallaşdırılması, əhaliyə xidmətlərin çevik və proaktiv qaydada qurularaq keyfiyyətinin yüksəldilməsi sahəsində aparılmış ardıcıl islahatlar qeyd olunub.

 

Bu günlərdə Dünya Sosial Təminat Forumunda (Mərakeş) Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən DSMF-nin  “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” üzrə iki Mükəmməllik Sertifikatı, DOST Agentliyinin “Xidmət keyfiyyəti” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif edildiyi, Fond sədrinin BSTA-nın Büro üzvü və Komitə sədri seçildiyi bildirilib.

 

Ümumən DSMF və DOST Agentliyinə cari ildə 11 beynəlxalq mükafat, eləcə də Nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı təqdim olunduğu qeyd edilib.

 

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə pensiya təminatı və sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edib.

 

Xatırladaq ki, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.

 

Sənəddə digər müvafiq fəaliyyət sahələri ilə  yanaşı, pensiya təminatı və sosial müavinətlər sahəsində də bilik və qabaqcıl təcrübələrin mübadiləsi nəzərdə tutulur.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 103 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır