11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/11/2022 Rumıniyalı nazir Azərbaycanın əmək münasibətləri sahəsində islahatlar təcrübəsi ilə tanış olub


Rumıniyalı nazir Azərbaycanın əmək münasibətləri sahəsində

islahatlar təcrübəsi ilə tanış olub

 

Əmək bazarının monitorinqi, əmək münasibətlərinin tənzimlənməsi

və s. sahələrdə Rumıniya ilə təcrübə mübadiləsi nəzərdə tutulur

 

Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycanda əmək münasibətləri, əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində aparılan islahatlarla tanış olub.

 

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əmək haqlarının artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.

 

Son 4 ildə ölkəmizdə minimum əməkhaqqında 2,3 dəfə, orta aylıq əməkhaqqında 53 faiz, median əməkhaqqında 90 faizədək artım olduğu qeyd olunub. Yeni iş yerlərinin açılması, əmək münasibətlərinin leqallaşdırılması tədbirlərinin, əməkhaqqı islahatlarının müsbət nəticəsi kimi, həmin dövrdə Azərbaycanda əmək müqavilələrinin sayında 400 minə yaxın və 30 faiz artıma nail olunduğu bildirilib. Əməkhaqqı fondunun son üç ildə 2,2 dəfə, bu ilin 9 ayında 16 faiz artdığı diqqətə çatdırılıb.

 

Mütərəqqi beynəlxalq normalara uyğun olaraq əmək qanunvericiliyində edilən dəyişikliklər, əmək müfəttişliyi sisteminin elektron infrastrukturu, əmək qanunvericiliyinə əməl olunmasına e-sistem üzərindən nəzarət mexanizmi, e-icraat prosesi barədə məlumat verilib. Vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin funksionallığı və əmək bazarına gətirdiyi yeniliklər diqqətə çatdırılıb.  

 

Qonaqlar üçün əmək münasibətləri sahəsində aparılan islahatlara dair təqdimat edilib. Rumıniyada da əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlər, aparılan islahatlar diqqətə çatdırılıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budey iki Nazirlik arasında 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.

 

Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin ödəniş sistemi, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsi üzrə milli qanunvericiliyin tətbiqi mexanizmləri, qeyri-formal məşğulluğun qarşısının alınması və s. üzrə də bilik və qabaqcıl təcrübələrin mübadiləsi nəzərdə tutulur.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 378 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!