04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/11/2022 “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi


“Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirilib.  Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bununla bağlı keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və b. iştirak ediblər. İştirakçılar əvvəlcə Mərkəzin foyesində “Yaddaş lövhəsi” və DOST Agentliyinin əməkdaşı A.Məmmədovanın həyat yoldaşı şəhid Məmmədov Murad Yaşar oğlunun rəsm sərgisi ilə tanış olublar. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Könüllü Qaliblər” proqramına dair hesabat və videoçarx təqdim olunub.  S.Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edib. Nazir postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən biri də “Könüllü Qaliblər” proqramıdır. Proqram I və II Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən, hazırda Nazirlik sistemində çalışan əməkdaşları, şəhid ailəsi üzvü olan əməkdaşları əhatə edib. Proqramın ilk mərhələsində müharibə veteranı olan əməkdaşlar “Könüllü Klubları” layihəsi çərçivəsində iştirakçılara döyüş yollarından bəhs edib, suallarını cavablandırıblar. Növbəti komponentdə isə onlara və şəhid ailəsi üzvləri olan əməkdaşlara  “Könüllü DOST”lar tərəfindən simvolik hədiyyələr təqdim edilib. Ü.Mehdiyev, E.Hüseynov və digər çıxış edənlər “Könüllü Qaliblər” proqramının əhəmiyyətini vurğulayıb, bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində də önəmini qeyd ediblər. Könüllərin iştirakı ilə tamaşa və “Xudayar təsnifi” təqdim olunub. Daha sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, öz uğur hekayələri barədə danışıblar.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 310 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü