05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/11/2022 Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub


 

Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub

 

BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşır və BƏT-lə birgə

imzalanacaq yeni Ölkə Proqramının layihəsi hazırlanır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatları diqqətə çatdırıb, bu islahatlar prosesində BƏT-lə də fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının və işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dair beynəlxalq təcrübənin araşdırılması, istehsalat təlimi sisteminin təkmilləşdirilməsi  və s. sahələrdə BƏT-lə əməkdaşlıq şəraitində aparılmış işlərin əhəmiyyəti vurğulanıb.

Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan Azərbaycanda Təşkilatın “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının da ratifikasiyası işlərinin artıq başa çatmaqda olduğu qeyd edilib. Həmçinin BƏT-lə birgə imzalanacaq Layiqli Əmək üzrə yeni Ölkə Proqramı layihəsinin hazırlanmaqda olduğu bildirilib. Qeyd olunub ki, Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcək.

O.Kulayeva Azərbaycanla BƏT arasında ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.  

Görüşdə Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, əmək müfəttişləri üçün təlimlərin təşkili, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsi, yeni əmək standartları üzrə ekspertlər səviyyəsində görüşlərin təşkili və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 73 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır