05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/11/2022 Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir


Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar

təcrübəsini yüksək qiymətləndirir

 

Təşkilat bu təcrübənin digər ölkələrdə də tətbiqini təşviq edir.

 

Azərbaycanda son illər sosial sahədə, o cümlədən sosial təminat sistemində aparılan islahatların uğurlu nəticələri var və Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir.

Bunu ölkəmizdə səfərdə olan BSTA-nın Prezidenti Məhəmməd Azman onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev M.Azmanı bu günlərdə BSTA prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb. Nazir BSTA-nın qlobal müstəvidə sosial təminat sistemlərinin təkmilləşdirilməsi işlərinə verdiyi töhfələri qeyd edib.

Azərbaycanda son illər aparılan sosial islahatlar, sosial ödənişlərdəki ciddi artımlar, xidmətlərin elektronlaşdırılması, proaktiv təyinat mexanizmlərinin qurulması istiqamətində əldə olunan uğurlar diqqətə çatdırılıb.

Bildirilib ki, aparılan islahatlara beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu il Nazirlik qurumları 11 beynəlxalq mükafatla təltif ediliblər. O cümlədən DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) BSTA tərəfindən də 4 mükafat və bu günlərdə keçirilən Dünya Sosial Təminat Forumunda (Mərakeş) üç Mükəmməllik Sertifikatı ilə təltif olunublar.  Fond həmçinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatına layiq görülüb. Nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı da təqdim edilib.

2019-cu ilin iyun ayında BSTA-nın Avropa Forumu Bakıda keçirilib. Forum çərçivəsində də Nazirliyin təqdim etdiyi layihələr  müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.

Görüşdə BSTA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Dövlət Sosial Müdafiə Fondu arasındakı uğurlu əməkdaşlıqdan bəhs olunub. Bu günlərdə DSMF sədrinin BSTA-nın Büro üzvü və Komitə sədri seçilməsinin BSTA ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Gələcək əməkdaşlığa, habelə DOST Agentliyinin də BSTA-ya üzv olması istiqamətində aparılan işlərə dair fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 99 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır