31 Yanvar 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/11/2022 “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.


QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə

ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib.

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan olunmuş kiçik qrant müsabiqəsinin qaliblərindən biri kimi “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

Bugünlərdə həmin layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafında valideynlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım İmanova, Birliyin nəzdində fəaliyyət göstərən Kompas Uşaq İnkişaf və Tədris Mərkəzinə layihə çərçivəsində reabilitasiya dəstəyinin  göstərilməsi üçün cəlb olunmuş uşaqların valideynləri həmin tədbirdə iştirak ediblər.

Birliyin sədri, layihə rəhbəri Ramilə Mahmudova giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, belə bir sosial əhəmiyyətli layihənin icrasına maliyyə yardımı ayırdığına görə QHT Agentliyinə, göstərdikləri mənəvi dəstəyə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.

Layihənin məqsədinin erkən vaxtlardan etibarən müdaxilə etməklə əlilliyin qarşısının alınması üçün sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına və onların sosial inklüziyasına, eyni zamanda maarifləndirici tədbirlər təşkil etməklə bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının, valideynlərin isə uşaqlarla davranış üzrə məlumatlılığının artırılmasına dəstək göstərməkdən ibarət olduğu diqqətə çatırılıb.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-hüquqi müdafiəsi, psixoloji-pedaqoji və sosial reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı böyük minnətdarlıq hissi ilə qeyd olunub.

Tədbirə təlimçi kimi dəvət olunmuş ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının müəllimi, peşəkar psixoloq-loqoped Ləman Rəfiyeva və ailələrlə iş üzrə tanınmış mütəxəssis Zəhra Xələfova tərəfindən valideynlərin sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib. Uşaqlarda psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, onların şəxsiyyət kimi formalaşması, sosial adaptasiyası prosesində, eyni zamanda nitq pozulmalarının korreksiyasında mütəxəssislərlə bərabər valideynlərin də mühüm rola malik olduğu vurğulanıb.

Tədbir iştirakçıları Abşeron rayonunda yüksək səviyyədə icra edilən layihəyə əsasən təşkil olunmuş maarifləndirmə tədbirindən, eyni zamanda Birliyin nəzdində fəaliyyət göstərən Kompas Uşaq İnkişaf və Tədris Mərkəzinə cəlb olunmuş uşaqlara göstərilən xidmət səviyyəsindən razı qaldıqlarını və əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılara tədbirdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

 

 

Mətbuat xidməti

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 164 dəfə oxunub




Flag Counter






» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE

» 19/1/2023- “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir

» 19/1/2023- 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır

» 18/1/2023- Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

» 18/1/2023- Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib

» 17/1/2023- Əlil Təşkilatları İttifaqı ilə Səhiyyə TV Məhdud Məsuliyyətli Cəmiyyəti arasında memorandum imzalanmışdır.

» 17/1/2023- QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur

» 17/1/2023- “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub

» 17/1/2023- Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı