31 Yanvar 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/11/2022 Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı


“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin formalaşmasında və inkişafında incəsənətin müxtəlif növünü özündə birləşdirən müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin yaradılması və müxtəlif diaqnozlardan əziyyət çəkən bu insanların dərnəklərin fəaliyyətinə cəlb edilməsi və layihənin son mərhələsində uşaqların əl işlərindən ibarət sərginin təşkil edilməsidir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm üzrə dərnəklərə cəlb olunmuşlar. Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılmışdır.Dərnəklərdə rəsm üzrə təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.) və tətbiqi incəsənətin(aplikasiya,ebru və s.) bölmələri,pioqrafiya sənəti tədris edilmişdir. Rəqs üzrə bədii incəsənətin rəqs və musiqi bölmələri uşaqlara öyrədilmişdir. Xəstəlik dərəcəsindən asılı olmayaraq layihəyə cəlb olunmuş bütün uşaqlar dərnəklərdə iştirak etmişdir. Təlimlərdə rəqs terapevti-xoreoqraf tərəfindən uşaqlara milli musiqimizin “Uzundərə”,”Yallı”,”Şuşanın dağları” və s. rəqsləri öyrədilmişdir.

QHT.az xəbər verir ki, 19 noyabr 2022-ci il tarixində Sumqayıt şəhər Dövlət Rəsm Qalereyasında “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi tərəfindən layihəyə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.Sərgidə dövlət qurumlarından olan nümayındələr,Qeyri-Hökumət Təşkilatları təmsilçiləri,rəssamlar,könüllülər və s. iştirak etmişdilər.Sərginin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin uşaqların və sərgi iştirakçılarının ifası ilə olmuşdur.”Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimia birliyinin rəhbəri Zeynəb Hacıyeva sərgi açaraq, iştirakçılara layihə barəfə geniş məlumat verdi. Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov çıxış edərək, layihənin önəmli və məsuldar olduğunu, sağlamlıq imkanları məhdud uşaqlar üçün gözəl bir stimul olduğunu vurğuladı. Layihə rəhbəri Zeynəb Hacıyeva QHT-lərə göstərdiyi qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirdi.Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova öz kövrək çıxışında valideynlərə səbr və təmkin diləyərək öz xoş sözlərini bildirdi.

Bundan başqa ev sahibi kimi sərgi iştirakçılarına öz xüsusi diqqət və qayğısını göstərdi. Qonaqlardan Sumqayıt Reabilitasiya Mərkəzinin tibbi-stasionar şöbəsinin müdiri Səbinə Nurullayeva,Sosial Xidmətlər Agentliyinin nümayəndələri,təhsil işçiləri, ƏSMİD ictimai Birliyinin rəhbəri Səbinə Kərimova,peşəkar rəssamlar,könüllülər sərgi haqqında öz fikirlərini bildirdilər və uşaqlara gələcək həyatlarında uğurlar arzuladılar.Sərginin ikinci hissəsində uşaqlar iştirakçılara milli musiqimizin gözəl rəqslərini təqdim etdilər.Sonda uşaqlara hədiyyələr təqdim olundu.Sonda uşaqların valideynləri göstərdiyi qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 97 dəfə oxunub




Flag Counter






» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE

» 19/1/2023- “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir

» 19/1/2023- 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır

» 18/1/2023- Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

» 18/1/2023- Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib

» 17/1/2023- Əlil Təşkilatları İttifaqı ilə Səhiyyə TV Məhdud Məsuliyyətli Cəmiyyəti arasında memorandum imzalanmışdır.

» 17/1/2023- QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur

» 17/1/2023- “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub

» 17/1/2023- Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı