11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/12/2022 Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub


Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə

sistemi və bu sahədə hədəflərdən bəhs olunub

 

Dünya Bankı tərəfindən müxtəlif ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə “Böhran və bərpa dövründə sosial müdafiə” mövzusunda virtual dəyirmi masa keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilmiş geniş miqyaslı tədbirlər paketini diqqətə çatdırıb.

Bu tədbirlər  çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, hökumət tərəfindən maliyyələşdirilən yeni iş yerlərinin yaradılması və həssas qrupların kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramının genişləndirilməsi, birdəfəlik ödəmə proqramlarının icrası və s. istiqamətlərdə görülmüş işlər qeyd edilib.

Eyni zamanda, dövlət sosial xidmətlərinə rahat çıxışı və bu xidmətlərə əlçatanlığı artıran, şəffaflığa təminat verən innovativ və rəqəmsal həllərin tətbiqindən geniş istifadə olunduğu bildirilib. Habelə həssas qruplar üçün yeni sosial xidmət mərkəzlərinin yaradıldığı diqqətə çatdırılıb.

Hazırda ölkəmizdə 110 sosial xidmətin elektron qaydada təqdim edildiyi, onların yarısının proaktiv şəkildə həyata keçirildiyi qeyd edilib.  Tədbirdə ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər barədə məlumat verilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 335 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!