31 Yanvar 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/12/2022 Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib


Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından

ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.

 

Bu tədbirlər çərçivəsində:

 

Ø şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 102 min şəxsə 114 min aylıq sosial ödəniş təyin olunub, 2,8 min şəxsə sığorta ödənişi edilib;

 

Ø 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan şəxslərdən ibarət 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib;

 

Ø 2021-ci ilin əvvəlindən şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olanların,  Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər orta hesabla 60 faiz artırılıb;

 

Ø şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib);

 

Ø şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 35 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

 

Ø müharibə ilə əlaqədar əlilliyi olan 1750 şəxs 29 054 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 376 şəxs 391 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

 

Ø şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

 

Ø vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 67,6 min şəxsə xidmətlər göstərilib və  s.

 

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 121 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 257 min xidmət göstərilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 94 dəfə oxunub




Flag Counter






» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE

» 19/1/2023- “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir

» 19/1/2023- 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır

» 18/1/2023- Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

» 18/1/2023- Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib

» 17/1/2023- Əlil Təşkilatları İttifaqı ilə Səhiyyə TV Məhdud Məsuliyyətli Cəmiyyəti arasında memorandum imzalanmışdır.

» 17/1/2023- QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur

» 17/1/2023- “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub

» 17/1/2023- Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı