11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/1/2023 “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub


 

“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq

layihəsinin açılış mərasimi olub

 

Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki səfiri Peter Mixalko, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkus və həmin ölkənin Azərbaycandakı səfiri Egidijus Navikas, digər rəsmilər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sistemini də əhatə etdiyini vurğulayıb. O, son beş ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketinin icra olunduğunu, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar edildiyini qeyd edib. Son beş ildə sosial ödənişlərdəki artımları, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunduğunu diqqətə çatdırıb.

 

Nazir pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib. 

 

Azərbaycan və Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran nazir birgə həyata keçirilən layihələrin sosial müdafiə, tibb-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində islahatların aparılması üzrə Nazirliyin potensial imkanlarının artırılmasına xidmət etdiyini deyib.

 

“Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin aparılan islahatlarda önəmli dəstək olduğunu vurğulayan S.Babayev layihənin ikinci fazasının da ölkəmizdə pensiya sisteminin Avropanın qabaqcıl təcrübələri əsasında təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

 

P.Mixalko, E.Navikas, M.Sürkus və b. çıxış edərək Aİ tərəfindən maliyyələşdirilən və iki il davam edəcək “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin əhəmiyyətindən bəhs ediblər. Layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağı vurğulanıb.

 

Bildirilib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi  və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.

 

Layihə Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcəyi qeyd olunub.

 

Tədbirdə layihənin müvafiq  komponentləri üzrə məlumatlar verilib, təqdimatlar edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 324 dəfə oxunub




Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!