XƏBƏRLƏR




- 19/1/2023 “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir
“Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir
“Nar” nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələrini davam etdirir. Belə ki, mobil operator bu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə “Təlim məktəbi” layihəsi çərçivəsində artıq 4-cü dəfədir ki, peşə hazırlığı təşkil edir. Missiya əmək bazarında böyük tələbat olan manikür ustası təlimlərinin təşkilini nəzərdə tutur. 3 ay davam edəcək layihədə 15-30 yaş arası nitq və eşitmə məhdudiyyətli 10 gənc iştirak edəcək. Təlimin sonunda iştirakçılar Əlilliyi Məhdud Şəxslərin Peşə Reabilitasiyası Mərkəzindən müvafiq sahə üzrə sertifikat alacaqlar. Qeyd edək ki, “Nar”ın “Təlim məktəbi” layihəsində tərəfdaşı “Karlara Dəstək” İctimai Birliyidir. Qeyd edək ki, tədbirdə “Nar”-ın təşəbbüsü ilə həyata keçirilən “Təlim məktəbi” layihəsi IPRA Qızıl Dünya Mükafatları 2019-un Ən Yaxşı KSM Layihəsi nominasiyasında qalib olub. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Müştəri mərkəzli strategiyasına sadiq qalan “Nar” sərfəli qiymətə mükəmməl (sinifinin ən yaxşısı) xidmət göstərir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 69 dəfə oxunub