04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/9/2023 “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən növbəti elektron xidmət

 

“Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator”

e-xidməti istifadəyə verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.

Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi,

- hamiləlik və doğum,

- uşağa qulluq

ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir.

Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:

1. emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli;

2. Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli;

3. Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;

4. “Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır.

Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına  xidmət edir.  

2021-ci ilin əvvəlindən Nazirlik tərəfindən “Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və  ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.

Sosial sahədə son beş ildə geniş elektronlaşma proqramı icra olunub və bu gün Nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 223 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü