04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/10/2023 Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.


Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi - 2023” çərçivəsində oktyabrın 2-də ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri və mütəxəssislərin iştirak etdiyi tədbirdə əvvəlcə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif salamlama nitqi ilə çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin müraciətini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış ediblər.

Çıxışlarda dayanıqlı məskunlaşmanın əhəmiyyətinə toxunulub. Bakı şəhərinin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi yüksək qiymətləndirilib, paytaxtın hazırkı inkişaf tempindən danışılıb. Həmçinin bildirilib ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar inkişaf proqramlarının əhəmiyyətini daha da artırır. Belə ölkələrdən biri də Azərbaycandır.

Bununla yanaşı, ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan şəhərsalma siyasəti və layihələndirmə işlərinin miqyasından da söz açılıb.

Şəhərsalma üzrə beynəlxalq və milli ekspertlərin çıxışlarının ardınca 2023-cü il üzrə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) xüsusi mükafatlarının təqdimatı olub. Mükafatları almış şəxslər ürək sözlərini ifadə ediblər.

Tədbirdə “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə əlaqədar hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışlar müzakirə edilib, şəhərlərin milli və regional sosial-iqtisadi dayanıqlıqda və inkişafda aparıcı rolu, postmünaqişə dövründə şəhərlərin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi - 2023” keçirilir. Həftə çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən Zəngilanda və Bakıda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) keçirilib.

Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdünya Məskunlaşma Gününün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilmişdi. BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 219 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü