04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/10/2023 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub


Oktyabrın 24-də Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, “2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx uzlaşdığı diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata keçirilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyini bildirib. Qeyd olunub ki, BMT Azərbaycanın 2024-cü ildə DİM-in icrasına dair Dördüncü Könüllü Milli İcmalı təqdim etmək planlarını alqışlayır və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik auditlərinin sayının artırıldığını, 2021-2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini, auditlərdə daha çox proqresin qiymətləndirilməsi yanaşmasına üstünlük verildiyini qeyd edib.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının sədri, Braziliyanin Ali Audit Qurumunun sədr müavini Valton Alensar Rodriques keçirilən tədbirin dünya ölkələrinin ali audit qurumlarının DİM-lərin icrasında rolu barədə təcrübələrinin öyrənilməsi üçün uğurlu plarforma olduğunu vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov öncə 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) günü münasibətilə təşkilatın əməkdaşlarını təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib, quruma fəaliyyətində uğurlar arzulayıb. S.Məmmədov DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər formalaşdırdığını bildirib. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq DİM-lərin icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının rolu vurğulanıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qlobal inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli reinteqrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb və müvafiq DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib.

Xarici işlər nazirinin müavini, Qlobal DİM Sammitində Azərbaycan nümayəndə heyətinin üzvü Yalçın Rəfiyev çıxışında bildirib ki, pandemiyanın hələ də davam etməsi, geosiyasi gərginliklər dayanıqlı inkişaf üzrə tərəqqini daha da geri salıb. Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdikdən sonra həmin ərazilərin bərpa və yenidən qurulmasını təmin edilməsini, insanların doğma yurdlarına geri qayıtmasını başlıca hədəf kimi qəbul edib. Bu proses BMT-nin dayanıqlı inkişaf planına uyğun olaraq həyata keçirilir.

Tədbirdə Azərbaycanda DİM-in maliyyələşdirilməsi tendensiyaları nəzərdən keçirilib, eləcə də DİM-lər üçün dövlət xərclərinin effektivliyinin monitorinqində ali audit qurumlarının roluna diqqət yetirilib.

Yüksək səviyyəli dialoq panel sessiyalarla öz işini davam etdirib. Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, maliyyə nazirinin müavini Azər Bayramov, Dünya Bankının Azərbaycandakı ölkə meneceri Ştefani Ştalmeyster, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və digər ölkələrdən olan ali audit qurumlarının, kommersiya banklarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 206 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü