XƏBƏRLƏR




- 13/11/2023 Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir
13 noyabr 2023-cü il tarixində , saat 11:00 da “ Flame Towers” İMAX -da beynəlxalq gözdən əlillər günü ilə əlaqədar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB tərəfindən hazırlanmış 44 günlük Vətən müharibəsi zamanı hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev haqqında çəkilmiş filmlərin təqdimatı olmuşdur.
Tədbirdə Dövlət və Qeyri hökumət Təşkilatlarının nümayəndələri, gözdən əlil qazilər və onların ailə üzvləri, dostları, gözdən əlil vətəndaşlar, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev “Gözümün Nuru Vətən ” adlı layihə haqqında ətraflı məlumat vermişdir. S.Abdullayev çıxışında Ali Baş Komandan İlham Əliyevin bütün dünya azərbaycanlılarını dəmir yumuruq kimi birləşdirərək ,xalqımızın nüfuz və ləyaqətini bərpa etməklə ölkənin ərazi bütövlüyünün təmin etməsindən və 30 illik Vətən həsrətinə son qoymasından söz açaraq, vətəndaş cəmiyyəti olaraq vətən uğrunda canlarından keçmiş oğullarımızın ictimaiyyətə tanıdılması, onların sosial problemlərinin həll edilməsi istiqamətində dövlətimiz tərəfindən icra edilən layihələrdə aktiv iştirak etməyi borc bildiyini qeyd etmişdir.
Film tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır.
Sonra filmin ssenari rejissoru Simuzər Aqakişiyeva filmin ərsəyə gəlməsi haqqında məlumat vermişdir.
Daha sonra qonaqlar və filmin qəhrəmanları film haqqında təəssüratlarını söyləmişlər .
Sonda filmin təqdimatına şərait yaratdığı üçün Flame Towers- in rəhbərliyinə minnətdarlıq bildirilmişdir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 85 dəfə oxunub