23 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/12/2023 Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ


1. LAYİHƏ MÜSABİQƏSİ HAQQINDA

1.1 LAYİHƏNİN KONTEKSTİ
Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
(IFRC) Azərbaycanda dayanıqlı və inklüziv inkişafa töhfə verən vətəndaş cəmiyyətinin
institusional potensialının inkişaf etdirilməsinə yüksək dəyər verir. Bu qurumlar arasındakı
tərəfdaşlıq vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) öz humanitar və inkişaf tədbirlərinin
səmərəliliyini və hesabatlılığını yaxşılaşdırmaq öhdəliklərini inşa edən geniş spektrli qlobal
təşəbbüslərə söykənir. Aİ və IFRC arasında tərəfdaşlıq VCT-lər üçün əlverişli mühitin
təşviqinə, yerli inkişafda və xidmətlərin göstərilməsində VCT-lərin əhəmiyyətli iştirakına
şəraitin yaradılmasına, həmçinin VCT-lərin daxili potensialının gücləndirilməsinə yönəlir.
Vətəndaş cəmiyyətinin milli inkişaf proseslərində iştirakını daha çox dəstəkləmək üçün Aİ və
IFRC “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti
təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” adlı 3 illik layihənin
icrasına başlamışdır. Azərbaycanda yerli VCT-lərin ən həssas əhali qruplarının ehtiyaclarını
anlamaq, reaksiya vermək və onların ödənilməsində sübutlara əsaslanan tədbirlərdən səmərəli,
inklüziv və məsuliyyətli şəkildə istifadə etmək üçün lazımi bilik və bacarıqlara malik
əməkdaşlara və könüllülərə malik olmasını təmin etmək məqsədilə, layihə Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının qabaqcıl tədbirlərinin və təcrübələrinin bölüşülməsinə yönəlir.
Layihənin ümumi məqsədi yerli VCT-lər, yerli səlahiyyətli orqanlar və digər müvafiq maraqlı
tərəflərlə tərəfdaşlıq və əməkdaşlıq yolu ilə, Azərbaycanda böhranlardan təsirlənmiş şəxslərin
çətinlinliyini azaltmaq və dözümlülüyünü yaxşılaşdırmaqdır. Buna, Azərbaycanda yerli VCTlərin
institusional potensiallarının və əməliyyat qabiliyyətlərinin gücləndirilməsi, o cümlədən
könüllü qrupları və təşəbbüs icmaları vasitəsilə nail olunacaq. Bu, onların ictimai qərar qəbulu
prosesində iştirakını gücləndirmək və xidmətlərin göstərilməsi vasitəsilə çətinliklərin aradan
qaldırılması istiqamətində səylərini dəstəkləmək məqsədi daşıyır. Bu zaman son dövrlərdə
alovlanmış münaqişə və COVID-19 pandemiyasından qaynaqlanan çətinliklərə xüsusi diqqət
yetiriləcək.
Layihənin məqsədlərinə aşağıdakı gözlənilən nəticələrin əldə edilməsi hesabına nail
olunacaqdır:
1) VCT-lərin hesabatlılıq və humanitar məsələlərlə bağlı potensialları gücləndirilir;
2) Humanitar dəstək proseslərinin iştirakçıları kimi VCT-lər üçün zəruri imkanlar yaradılır;
3) 2020-ci ildə COVID-19 pandemiyası və münaqişənin alovlanmasından zərər çəkmiş ən
həssas icmaların bərpa və dolanışıq vasitələri (birbaşa yardım əvəzinə) ilə bağlı
ehtiyaclarının qarşılanmasında VCT-lərə dəstək göstərilir;
4) İcmaların çətinliklərinin dayanıqlı şəkildə azaldılmasına dəstək məqsədilə, VCT-lərin
hərtərəfli institusional inkişaf prosesindən əldə etdikləri bilik və təcrübələrini praktikada
tətbiq etməsi üçün onlar resurslarla təmin edilir.
1.2 LAYİHƏ MÜSABİQƏSİNİN ÜMUMİ VƏ XÜSUSİ MƏQSƏDLƏRİ
Hazırkı layihə müsabiqəsinin ümumi məqsədi bacarıqlı və təsir etmə imkanına malik tərəflər
olaraq VCT-lərin humanitar dəstək və inkişaf prosesində iştirakını artırmaq və onların icmadakı
çətinliklərini azaldılmasındakı rollarını yerinə yetirə bilmələri üçün imkanlarını və
4
qabiliyyətlərini gücləndirməkdir.
Layihə müsabiqəsinin xüsusi məqsədləri aşağıdakılardır:
1) İnklüziv, gender bərabərliyi və dayanıqlı icma əsaslı inkişafı stimullaşdırmaq;
2) Yerli inkişafın iştirakçıları və həssas icma qruplarına xidmətlər təmin edən VCT-lərin
daxili potensialını, təşkilati quruluşunu və icra potensialını gücləndirmək;
3) İcmanın ən həssas qruplarının, o cümlədən məcburi köçkünlərin həyatlarında
nəzərəçarpan fərqlilik yaratmaq;
4) Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə dəstək olaraq milli və yerli inkişaf
proseslərinə VCT-lərin töhfəsini artırmaq.
Prioritet sahə
Layihə müsabiqəsi əhalinin ən həssas qruplarına, o cümlədən əlilliyi olan şəxslərə və məcburi
köçkünlərə əsas dolanışıq vasitələrinin və bərpa dəstəyinin təmin edilməsi, o cümlədən
dolanışıq imkanlarına çıxışın yaxşılaşdırılması və benefisiarların sosial-iqtisadi
imkanlarının genişləndirilməsi sahəsində layihə fəaliyyətlərini icra etməkdə seçilmiş VCTlərə
dəstək göstərəcək. Dəstək dolanışıq vasitələri və bərpa yönümlü tədbirlər, o cümlədən
yaşayış vasitələrinin təmin edilməsi, resursların bərpa edilməsi, bacarıqların artırılması və
karyera məsləhətləşməsi, eləcə də yeni gəlir gətirən fəaliyyətlər/mikro iqtisadi təşəbbüslər
vasitəsilə dolanışıq vasitələrinin çox çeşidliliyi formasında olacaq.
Bu müsabiqə çərçivəsində layihələrin icrasının aşağıdakı nəticələri verəcəyi gözlənilir:
a) Yerli inkişaf proseslərində icma əsaslı və yerli təşkilatların iştirakının artması;
b) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında təkrarlana və ya genişləndirilə biləcək
qabaqcıl təcrübələrin yaradılması;
c) Yerli inkişaf gündəliyi çərçivəsində çoxtərəfli tərəfdaşlıq və koalisiyaların qurulması;
d) VCT-lərin təşkilati mühitinin və daxili inkişafının formalaşdırılması, yaxud
təkmilləşdirilməsi;
e) İcmalar tərəfindən idarə olunan inklüziv və genderə həssas təşəbbüslərin sayının artması.
Ərizəçilərə öz təkliflərinə aşağıdakı kimi əlavə dəyər yaradan elementləri daxil etmələri yüksək
dərəcədə tövsiyə olunur:
• Layihənin hazırlanmasında gender aspektlərini nəzərə alan və/yaxud gender bərabərliyi
yanaşmanın tətbiqi;
• Əvvəlcədən çoxsaylı çətinlikləri olan icma qruplarına yönəlmə (məsələn, ucqar ərazilərdə
yaşayan əlilliyi olan qadınlar, qadınların başçılıq etdiyi ailə təsərrüfatları və s.);
• Paytaxtdan kənar coğrafi ərazilərə xüsusi diqqət. Məcburi köçkünlərin Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarındakı doğma yerlərinə qayıdışına dəstək göstərmək məqsədi
daşıyan layihə fəaliyyətləri;
• Yerli icmanın inkişafı üçün digər VCT-lər, ictimai və özəl təşkilatlarla ittifaq və ya
koalisiyaların qurulması.
2020-ci il münaqişəsindən zərər çəkmiş, əlilliyi olan şəxslərin yaşadığı və əsas xidmətlərə çıxışı
məhdud olan ailə təsərrüfatları/şəxslər kimi həssas icma qruplarına yönəlmə. Bu elementlərin
5
daxil edilməsi Bölmə 2.3-də təqdim olunan Layihə Təklifinin qiymətləndirilməsi cədvəlində
göstərilən qaydada qiymətləndiriləcək.
Bütün layihələr icmanın inklüziv iştirakı komponentini əhatə etməli, icmanın
qiymətləndirilməsi və iştirakına dair təsdiq edilmiş üsulları (məsələn, birgə öyrənmə və
fəaliyyət, birgə büdcə tərtibi, qiymətləndirmə sorğusu, sosial şəbəkə təhlili və s.) tətbiq
etməlidir.
Təsvir edilmiş prioritet sahə üzrə layihələr həmçinin bu fəaliyyətləri nəzərdə tuta bilər;
icmaların fövqəladə hallar, fəlakətlər (təbii və texnogen) və iqlim dəyişikliyinin təsiri haqqında
bilik və təsəvvürlərinin yaxşılaşdırılmasına; icma səviyyəsində təsirlərin azaldılması üzrə digər
fəaliyyət növlərinə diqqət yetirməklə icmaların dolanışıq vasitələrini yaxşılaşdırmaq; fövqəladə
halların və təbii/texnogen fəlakətlərin təsirindən zərər çəkməyə davam edən infrastrukturu
qorumaq; hədəf benefisiarların gələcək dayanıqlığını təmin etmək üçün icmanın fəlakət riskinin
azaldılması.
Prioritet sahə üzrə layihələr həm də xüsusi həssaslıqları olan əhali qruplarına və icmalara son
dövrlərdəki fövqəladə halların/fəlakətlərin (məsələn, COVID-19 pandemiyası, münaqişənin
alovlanması) yaşayış vasitələrinə, sosial həyata, psixi sağlamlığa, həyati əhəmiyyətli
xidmətlərə çıxışa etdiyi təsirlərin öhdəsindən gəlməyə kömək istiqamətində yönəldilə bilər.
Aşağıdakı layihə növləri məqbul hesab edilmir:
• Pul və vauçer yardımı (PVY) layihələri;
• Yalnız və ya əsasə vorkşoplarda, seminarlarda və konfranslarda iştirak üçün fərdi
sponsorluqlarla bağlı layihələr;
• Yalnız və ya əsasən təhsil və ya təlim kursları üçün fərdi təqaüdlərə aid layihələr;
• Siyasi partiyaları, qrupları və hərəkatları dəstəkləyən layihələr.
Bu layihə çərçivəsində aşağıdakı fəaliyyət növləri maliyyələşdirilə bilər:
• sorğular və ehtiyacların qiymətləndirilməsi;
• təlim proqramları;
• seminarlar,vorkşoplar, görüşlər;
• audio-vizual materialların hazırlanması;
• hüquqi yardım, biznesə dəstək və sosial xidmətlər daxil olmaqla, təcrid olunmuş əhali
qruplarını və icmaları dəstəkləyəcək birbaşa tədbirlər;
• icmanın ehtiyaclarına uyğun rəqəmsal alətlərin və onlayn platformaların yaradılması;
• kiçik miqyaslı icma təşəbbüslərinə dəstək;
• təşviqat və maarifləndirmə;
• şəbəkələrin və koalisiyaların yaradılması.
Bu prioritet sahənin əhatə dairəsinə düşən təklif olunan layihələr aşağıdakı konkret
fəaliyyətlərlə uzlaşa bilər:
• VCT-lər üçün potensialın gücləndirilməsi üzrə tədbirlər, o cümlədən təlimlər, vorkşop və
seminarlar;
• İcmanın səfərbər olunması üzrə təşəbbüslər, o cümlədən icma səviyyəli görüşlər, dəyirmi
masalar, maarifləndirmə tədbirləri, icma üzvlərinin nəqli və yerləşdirilməsi;
6
• Əlaqələndirmə və təşviqat təşəbbüsləri, o cümlədən konfranslar, dəyirmi masalar,
görüşlər;
• Resursların cəlb olunması üzrə tədbirlər, o cümlədən icma səviyyəli fandreyzinq, digər
resursların cəlb edilməsi və fandreyzinq təşəbbüsləri;
• Peşə təlimi və gəlir gətirən fəaliyyətlər hədəf qrupa daxil olan insanların əmək bazarına
uyğunluğunu yaxşılaşdırmaq məqsədilə, təmin edilən bacarıqların bazarın tələbinə uyğun
olmasını müəyyən etmək üçün əmək bazarının düzgün təhlilinə əsaslanandırılması;
• Əmək yarmarkası və bacarıqların işlərlə uzlaşdırılması;
• Peşə təhsili müəssisələri və ya texniki peşə məktəbləri, dövlət orqanları, məsələn, peşə
təhsili və təliminə məsul nazirliklər və yerli səlahiyyətli orqanlarla, eləcə də özəl sektorla
tərəfdaşlığın qurulması;
• Biznes sahiblərinin və/və ya sahibkarların gəlir gətirən fəaliyyətlərini yaxşılaşdırmaq
üçün ehtiyacların düzgün qiymətləndirilməsi və dəstəyin onların gəlirlərini necə
yaxşılaşdıracağına dair əsaslandırmaya uyğun olaraq, onlara fiziki şəklində dəstəyin
göstərilməsi;
• Psixi sağlamlıq və psixososial dəstək, o cümlədən birbaşa xidmətlərin göstərilməsi,
maarifləndirmə tədbirləri, göndərişlərin asanlaşdırılması, sosial tədbirlər və fəaliyyətlər,
sosial təcridin, fiziki təcridin, damğalanmanın və kənarlaşdırmanın aradan qaldırılmasına
yönəlmiş fəaliyyətlər;
• Maarifləndirmə tədbirləri, o cümlədən dolanışıq vasitələri və bərpa, eləcə də mina və
partlamamış hərbi sursatlar riski barədə məlumatlılıq mövzularında çap, audio və video
materialların hazırlanması və yayılması.
Ərizəçilərə layihə təkliflərini tərtib edərkən dövlət, özəl-dövlət və vətəndaş cəmiyyəti ilə
tərəfdaşlıq qurmaq tövsiyə olunur. Layihələr yerli maraqlı tərəflərlə qabaqcadan
əlaqələndirməyə əsaslanmalı və onların layihənin icrasının bütün mərhələlərində iştirakını
təmin etməlidir.
Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələr
Layihələr bu müsabiqənin prioritet sahəsinə uyğun olmalı, Dayanıqlı İnkişaf üzrə 2030-cu il
Gündəliyinin1 icrasına töhfə verməli, seçilmiş DİM-lərə2 və onlarla əlaqəli olan aşağıda
sadalanan hədəflərə nail olunmasını dəstəkləməlidir:
1-ci DİM. Yoxsulluğa son: hədəflər 1.2, 1.4, 1.5
2-ci DİM. Aclığa son: hədəf 2.3
3-cü DİM. Yaxşı səhiyyə və rifah: hədəf 3.4
4-cü DİM. Keyfiyyətli təhsil: hədəf 4.4
5-ci DİM. Gender bərabərliyi: hədəflər 5.1, 5.5
8-ci DİM. Layiqli əmək və iqtisadi artım: hədəflər 8.2, 8.5
10-cu DİM. Bərabərsizliyin azaldılması: hədəf 10.1, 10.2
11-ci DİM. Dayanıqlı şəhərlər və icmalar: hədəflər 11.5, 11.7
13-cü DİM. İqlim dəyişikliyinə qarşı mübarizə: hədəflər 13.1, 13.3
1 Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi 2030-cu ilə qədər bütün insanlar və planet üçün sülh və firavanlığı təmin etmək
üçün dayanıqlı və inklüziv qlobal inkişafı hədəfləyən universal öhdəlikdir.
2 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2030-cu ilə qədər Qlobal İnkişaf Gündəliyini istiqamətləndirmək üçün konkret hədəflər
və göstəricilərlə müşayiət olunan 17 məqsəddən ibarətdir. Zəhmət olmasa BMT-nin rəsmi veb-səhifəsinə nəzər salın:
https://azerbaijan.un.org/az/sdgs
7
Layihə təklifi layihənin konkret DİM(lər) və hədəf(lər)ə nail olmağa necə töhfə verəcəyini izah
etməlidir. Məqsəd və hədəflərin müfəssəl siyahısının Əlavə F-də təqdim edilməsi gözlənilir.
Müddət
Layihənin planlaşdırılan müddəti 6 aydan az və 10 aydan çox ola bilməz.
Yer
Layihələr Bakıda və yaxud Azərbaycanın regionlarında, o cümlədən 2020-ci ildə münaqişədən
zərər çəkmiş ərazilərdə həyata keçirilməlidir.
1.3 MÜSABİQƏ ÇƏRÇİVƏSİNDƏ AYRILAN MALİYYƏ VƏSAİTLƏRİ
Bu layihə müsabiqəsi çərçivəsində təqdim edilən ümumi məbləğ 415 000 CHF təşkil edir. IFRC
ayrıla biləcək bütün maliyyə vəsaitlərini təltif etməmək və ya bank rüsumlarına uyğun olaraq
zəruri məbləğləri çıxmaq hüququnu özündə saxlayır.
Maliyyə dəstəyinin həcmi
Bu layihə müsabiqəsi çərçivəsində tələb olunan maliyyə dəstəyi aşağıdakı minimum və
maksimum məbləğlər arasında olmalıdır (qrantların köçürülməsi zamanı meydana çıxa biləcək
hər hansı əlavə xərclər daxil olmaqla):
• Minimum məbləğ: CHF 50.000
• Maksimum məbləğ: CHF 70.0003
Layihənin ümumi məqbul xərclərinin 100%-i maliyyələşdirilir (Bölmə 2.1.2-ə baxın).
3 Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə resipiyentlər arasında Müqavilə (“Layihənin
Maliyyələşdirilməsi üzrə Müqavilə”) İsveçrə frankı (CHF) ilə imzalanacaq. Vəsaitlər resipiyentin bank hesabına CHF ilə
köçürüləcək. VCT-lərdən CHF bank hesabı açmaq xahiş ediləcək (yoxdursa).
8
2 LAYİHƏ MÜSABİQƏSİNDƏ İŞTİRAK QAYDALARI
2.1 UYĞUNLUQ MEYARLARI
2.1.1 Ərizəçinin və Onun Tərəfdaş(lar)ının Uyğunluğu
Ərizəçi
Maliyyə dəstəyinə uyğun olmaq üçün ərizəçi:
• hüquqi şəxs olmalıdır;
• kommersiya məqsədi daşımamalıdır;
• Azərbaycan Respublikasının regionlarından birində təsis edilməlidir4.
• qeyri-hökumət təşkilatı olmalıdır.
Ərizəçi fərdi şəkildə və ya tərəfdaş(lar)la birlikdə fəaliyyət göstərə bilər. Ərizəçilərə öz
ərizələrini digər iştirakçılarla tərəfdaşlıq şəraitində hazırlamaq tövsiyə olunur.
Ərizəçi layihənin hazırlanması və idarə edilməsi baxımından Sifarişçi təşkilat qarşısında
birbaşa (təkbaşına) məsuliyyət daşıyır.
Tərəfdaş(lar)
Uyğun ola bilmək üçün, tərəfdaş:
• hüquqi şəxs olmalıdır;
• qeyri-kommersiya xarakterli (məsələn, ictimai qurum, qeyri-hökumət təşkilatı, icma
əsaslı təşkilat, yerli təşkilat, tədqiqat mərkəzi) olmalıdır;
• Azərbaycan Respublikasının regionlarından birində təsis edilməlidir.
Hər ərizəçi üzrə ərizələrin və təltif edilən layihələrin sayı
Mövcud maliyyə zərfi çərçivəsində, ən yaxşı təklifləri göndərən 6-a qədər təşkilata (maliyyə
vəsaitlərinin mövcudluğundan və təqdim olunan layihələrin əhəmiyyətindən asılı olaraq,
təşkilatların sayı maksimum 8-ə çatdırıla bilər) qrant təltif etmək nəzərdə tutulur.
Ərizəçi bu müsabiqə çərçivəsində 1-dən artıq layihə təqdim edə bilər, lakin 1-dən artıq layihə
ilə mükafatlandırıla bilməz.
Ərizəçi bu müsabiqə çərçivəsində başqa bir layihədə tərəfdaş ola bilməz.
İctimaiyyətlə məlumatın paylaşılması
Ərizəçilər layihənin Aİ ilə tərəfdaşlıqda IFRC tərəfindən maliyyələşdirildiyini ictimaiyyətə
çatdırmaq üçün bütün lazımi addımları atmalıdırlar. Layihə təkliflərində layihənin məqsədləri,
Aİ və IFRC tərəfindən layihəyə göstərilən dəstək, habelə bu dəstəyin nəticələri və təsiri
haqqında xüsusi və ya ümumi auditoriyaların maarifləndirilməsi üçün nəzərdə tutulmuş
4 Bu, təşkilatın Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə tənzimlənən sənədlə yaradıldığını və baş ofisinin
Azərbaycanda yerləşdiyini nümayiş etdirməli olan təsis sənədləri əsasında müəyyən edilməlidir. Bu baxımdan, təsis sənədləri
başqa ölkədə yaradılmış hər hansı hüquqi şəxs, hətta təsis sənədləri yerli səviyyədə qeydiyyatdan keçsə belə, yaxud “Anlaşma
Memorandumu” bağlanmış olsa belə, meyarlara uyğun yerli təşkilat sayıla bilməz.
9
məlumatlandırma və əlaqə tədbirləri təqdim olunmalıdır.
Ərizəçilər məqsəd və prioritetlərə riayət etməli, Aİ və IFRC tərəfindən təmin edilən
maliyyələşmənin ictimaiyyətə bildirilməsinə təminat verməlidir.5
2.1.2 Xərclərin Uyğunluğu: Daxil Edilə Bilən Xərclər
Yalnız “uyğun xərclər” bu müsabiqə çərçivəsində maliyyələşdirilə bilər.
Uyğun xərclər Ərizəçinin çəkdiyi, bütün aşağıdakı meyarlara cavab verən faktiki xərclərdir:
a) layihənin icrası və idarə edilməsi üçün zəruri olan və layihə büdcəsində göstərilən xərclər;
İcra müddəti başa çatdıqdan sonra çatdırılacaq xidmətlərin, işlərin və ya təchizatın
təminatı üçün icra müddətində müqavilənin imzalanması, sifarişin verilməsi və ya
xərclərə dair hər hansı öhdəliyin götürülməsi bu tələbə cavab vermir; meydana çıxan
xərclər layihə bitmədən ödənilməlidir.
b) layihənin icrası zamanı meydana çıxan xərclər;
c) müəyyən edilməsi və yoxlanılması mümkün olan, xüsusilə də Ərizəçinin mühasibat
uçotunda qeyd olunan xərclər;
d) qüvvədə olan vergi və sosial qanunvericiliyin tələblərinə uyğun olan xərclər;
e) ağlabatan, əsaslandırılmış və sağlam maliyyə idarəçiliyinin tələblərinə, xüsusilə də ən
yaxşı qiymət-keyfiyyət prinsipinə uyğun xərclər.
Aşağıdakı birbaşa xərclər uyğun hesab edilir:
a) sosial sığorta haqları və digər ödənişlərlə bağlı xərclər daxil olmaqla, faktiki ümumi əmək
haqqına müvafiq olmaqla Layihəyə təyin edilmiş işçilərin və yerli məsləhətçilərin
xərcləri; əmək haqqı və digər xərclər Layihənin icrası üçün zəruri olduğunu göstərməklə
əsaslandırılmadığı təqdirdə, Ərizəçinin ənənəvi olaraq ödədiyi xərclərdən artıq
olmamalıdır;
b) ərizəçinin cari əməliyyat xərcləri (məsələn, ofis kirayəsi, ofisin gündəlik istismarı və
əməliyyat xərcləri, kommunal xidmətlər və s.);
c) İşçilər və Layihədə iştirak edən digər şəxslər üçün səyahət və gündəlik yaşayış
müavinətləri6;
d) Layihənin sonunda sahibkarlığın layihə benefisiar(lar)ına keçməsi şərti ilə, xüsusi olaraq
layihənin məqsədləri üçün avadanlıq (yeni və ya istifadə edilmiş) və təchizat üçün alış
xərcləri;
e) xüsusi olaraq Layihənin məqsədləri üçün materialların və məhsulların xərcləri;
f) sərfiyyat materiallarının xərcləri;
g) audio-vizual materialların, nəşrlər, tədqiqatlar, araşdırmaların istehsalı, məlumatların
yayılması, tərcümə, digər media xərcləri kimi Layihənin məqsədləri üçün bağlanmış
subpodrat müqavilələrindən irəli gələn xərclər;
h) layihə tədbirləri üçün icarə və iaşə xərcləri;
5 Avropa Komissiyası tərəfindən müəyyən edilmiş və dərc edilmiş Aİ-nin xarici fəaliyyətləri üçün Əlaqə və İctimailəşdirməyə
dair Təlimatına bu keçiddə baxın): https://international-partnerships.ec.europa.eu/knowledge-hub/communicating-andraising-
eu-visibility-guidance-external-actions_en
10
i) layihənin məqsədləri üçün xüsusi olaraq alınmış və ya hazırlanmış mobil tətbiqlərin və
proqram təminatının xərcləri;
j) layihə tədbirlərinə uyğun olaraq benefisiarlara verilən gündəlik müavinətlərin dəyəri;
k) layihə məqsədlərinə uyğun olaraq benefisiarlara birbaşa fiziki şəklində verilən avadanlıq
və materialların alış dəyəri;
l) Ərizəçi tərəfindən ödənilmiş və geri qaytarıla bilməyən rüsumlar, vergilər və ödənişlər.
Təxmini xərclər büdcədə (Əlavə B-də Layihənin Büdcəsinə baxın) aşağıdakı kimi
göstərilməlidir:
• vahidə düşən xərclər: vahidə düşən məbləğə istinad edərək əvvəlcədən aydın şəkildə
müəyyən edilmiş uyğun xərclərin bütün və ya müəyyən xüsusi kateqoriyalarını əhatə edir;
• birdəfəlik ödənişlər: əvvəlcədən aydın şəkildə müəyyən edilmiş uyğun xərclərin bütün və
ya müəyyən spesifik kateqoriyalarını bütöv miqyasda əhatə edir.
Məbləğlər və ya qiymətlər statistik məlumatlar və ya hər hansı digər obyektiv vasitələr kimi
obyektiv məlumatlardan istifadə etməklə, yaxud ərizəçilərin keçmiş məlumatlarına və ya bazar
araşdırmasına istinadən aparılmış hesablamalara əsaslanmalıdır.
Ərizəçi həmçinin, Əlavə B-də hər bir büdcə maddəsi üzrə təxmini xərclərin əsaslandırmasını
təqdim etməlidir. Əsaslandırmaya aşağıdakılar daxil edilməlidir:
• vahidə düşən xərclərin və birdəfəlik ödənişlərin məbləğlərinin müəyyən edilməsi üçün
istifadə olunan məlumat və metodların təsviri;
• yekun uyğun məbləğin hesablanması üçün istifadə edilmiş düsturların izahı.
Müqavilənin bağlanması mərhələsində IFRC oxşar layihələrin faktiki məlumatlarını, keçmiş
qeydləri, mövcud bazar tariflərini təhlil edərək ərizəçinin təqdim etdiyi ilkin büdcə əsasında
təklif olunan məbləğləri və ya qiymətləri qəbul edib-etməmək barədə qərar verir. IFRC büdcəyə
düzəliş edilməsini şərtləndirən problemləri (məsələn, hesablama səhvləri, qeyri-dəqiqliklər,
qeyri-real və/və ya meyarlara uyğun olmayan xərclər) aşkar edərsə, o, ərizəçidən aydınlıq
gətirməyi və bu cür uyğunsuzluqları aradan qaldırmağı tələb edə bilər.
Meyarlara uyğun olmayan xərclər
Aşağıdakı xərclər meyarlara uyğun hesab edilmir:
a) Layihənin birbaşa uyğun xərclərinin ümumi məbləğinin sabit faizi kimi ifadə olunan
dolayı xərclər (dolayı xərclər);
b) borclar və borclara xidmət haqları (faizlər);
c) qiymətləndirmə və ya audit xərcləri;
d) Benefisiarlara birbaşa verilən pul və vauçer yardımı (PVY);
e) itkilər və ya gələcək potensial öhdəliklər üçün ehtiyatlar;
f) Ərizəçi tərəfindən bəyan edilmiş xərclər və Avropa İttifaqından (Aİ) və ya Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC)-dan maliyyə dəstəyi alaraq
maliyyələşdirilən digər fəaliyyət və ya iş proqramı;
g) üçüncü şəxslərə verilən kreditlər;
h) Hazırda milli və ya yerli inzibati orqanlarda çalışan dövlət işçilərinin əmək haqqı xərcləri.
11
İcra mərhələsində, layihə büdcəsində müəyyən edilmiş satınalmalara IFRC-nin satınalma
standartları tətbiq olunacaq. Satınalma standartları təşkilatlarla Layihənin Maliyyələşdirilməsi
üzrə Müqavilə (LMM) ilə birlikdə təmin ediləcək və potensialın gücləndirilməsi üçün müvafiq
təlimlər keçiriləcək.
2.2 MÜRACİƏT QAYDALARI VƏ ƏMƏL EDİLMƏLİ PROSEDURLAR
2.2.1 Ərizə Formaları
Ərizələr bu Qaydalara əlavə edilmiş Əlavələr formasına dair təlimatlara uyğun olaraq təqdim
edilməlidir.
Bu müsabiqə üçün doldurulmalı və göndərilməli ərizə formaları bu sənədin aşağıdakı
əlavələrində təqdim olunur;
Əlavə A: Layihə Təklifi Forması
Əlavə B: Layihə Büdcəsi Forması
Əlavə C: Ərizəçinin Bəyannaməsi
Əlavə D: Ərizəçinin Profili
Əlavə E. Tərəfdaşlıq Bəyannaməsi və Tərəfdaşın (Tərəfdaşların) Profili
Əlavə F: DİM-lərin Təsnifatı Üzrə Yoxlama Siyahısı
Ərizələr Azərbaycan və ya İngilis dilində hazırlanmalıdır.
Müraciət formasındakı təlimatlarda sadalanan məqamlarla bağlı hər hansı səhv, ciddi
uyğunsuzluq və ya formadakı hər hansı ciddi uyğunsuzluq (məsələn, büdcəyə dair iş
vərəqlərindəki məbləğlər uzlaşmırsa) müraciətin rədd edilməsinə səbəb ola bilər.
Nəzərə alın ki, yuxarıda göstərilmiş bütün Ərizə formaları doldurulmalıdır və
qiymətləndiriləcək. Buna görə də bu sənədlərin layihə ilə bağlı BÜTÜN müvafiq məlumatları
əhatə etməsi çox vacibdir. Ərizəyə əlavə edilmiş hər hansı digər sənədlər nəzərdən
keçirilməyəcək.
IFRC ərizəçidən izahat və əlavə məlumat tələb etmək hüququnu özündə saxlayır.
Əl ilə yazılmış ərizələr qəbul edilməyəcək.
2.2.2 Ərizələri Hara və Necə Göndərməli
Ərizənin elektron versiyası aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:
grants@yourngo.org.az
E-məktubun “Mövzu” başlığında "EU- IFRC-BG2401 Layihə Müraciəti ” başlığı
yazılmalıdır; imza yerində ərizəçinin tam adı və ünvanı göstərilməlidir. Faylların elektron
formatı aşağıdakı kimi olmalıdır:
• Layihə Təklifi – Word;
• Layihənin Büdcəsi – Excel;
• Ərizəçinin Profili – Word;
• DİM-lərin Təsnifatı Üzrə Yoxlama Siyahısı – Word;
• Ərizəçinin Bəyannaməsi ilə Tərəfdaşlıq Bəyannaməsi və Tərəfdaşın (Tərəfdaşların)
12
Profili imzalanmalı, skan edilməli və .pdf formatında təqdim edilməlidir.
E-məktubun ümumi ölçüsü 10 MB-dan çox olmamalıdır.
Hər hansı digər vasitələrlə göndərilən və ya başqa e-poçt ünvanlarına göndərilən ərizələr qəbul
edilməyəcək.
Son müraciət tarixindən sonra tamamlanmamış ərizələr qəbul edilməyəcək.
2.2.3 Ərizələrin Təqdim Edilməsi Üçün Son Tarix
Ərizələrin təqdim edilməsi üçün son tarix 8 dekabr 2023-cü il, Bakı vaxtı ilə saat 18:00. Son
tarixdən sonra təqdim edilən ərizələr qəbul edilməyəcək.
2.2.4 Ərizələr Haqqında Əlavə Məlumat
Hazırkı Layihə müsabiqəsi üzrə məlumatlandırma sessiyası 25 oktyabr 2023-cü il tarixdə
onlayn formatda keçiriləcək.
Məlumatlandırma sessiyasında iştirak etmək istəyən ərizəçilər grants@yourngo.org.az elektron
poçt ünvanına e-məktub göndərməklə maraqlarını ifadə etməlidir.
Hazırkı Layihə Təkliflərinin Qəbulu ilə bağlı suallar 1 dekabr 2023-cü il, saat 18:00-dan gec
olmayaraq grants@yourngo.org.az elektron poçt ünvanına göndərilə bilər. “Mövzu” başlığında
aydın şəkildə EU- IFRC-BG2401 göstərməlidir.
IFRC bu tarixdən sonra daxil olan suallara aydınlıq gətirmək öhdəliyi daşımır. Cavablar 2
dekabr 2023-cü il tarixindən gec olmayaraq veriləcək.
Ərizəçilərə bərabər münasibəti təmin etmək üçün IFRC ərizəçilərin uyğunluğu, layihə və ya
konkret tədbirlərlə bağlı əvvəlcədən rəy verə bilməz.
Digər ərizəçilərə maraqlı ola biləcək suallar, verilən cavablar və qiymətləndirmə proseduru
zamanı digər vacib bildirişlərlə birlikdə IFRC-nin veb səhifəsində dərc olunacaq:
www.yourngo.org.az
Dərc olunan sual və cavablardan xəbərdar olmaq üçün mütəmadi olaraq yuxarıda qeyd olunan
internet səhifəsinə nəzər yetirmək tövsiyə olunur.
2.3 ƏRİZƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ SEÇİLMƏSİ
Müraciətlər IFRC və Aİ, eləcə də zəruri hesab edilən digər qurumların nümayəndələrindən
ibarət Qiymətləndirmə Komitəsi tərəfindən yoxlanılacaq və qiymətləndiriləcək, kənar
qaynaqlardan yardım alınması mümkündür. Ərizəçilər tərəfindən təqdim olunan bütün layihə
təklifləri aşağıdakı mərhələlər və meyarlar əsasında qiymətləndiriləcək.
Ərizənin yoxlanılması zamanı təklif olunan layihənin 2.1-ci bölməsində göstərilən
uyğunluq meyarlarına cavab vermədiyi aşkar edilərsə, ərizə sırf bu əsasla
kənarlaşdırılacaq.
13
ADDIM 1: ZƏRFLƏRİN AÇILIŞI, İNZİBATİ YOXLAMALAR VƏ LAYİHƏNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Aşağıdakılar qiymətləndiriləcək:
• Ərizələrin göndərilməsi üçün təyin olunmuş son tarixə əməletmə. Son tarixə əməl
edilmədikdə ərizə avtomatik olaraq kənarlaşdırılacaq.
• Ərizə formalarının tamlığı (bax: Bölmə 2.2.1). Tələb olunan məlumatlardan hər hansı biri
çatışmazsa və ya səhv olarsa, qalan qismi qiymətləndirilməyəcək.
Təkliflərin qiymətləndirilməsi və resipiyentlərin seçilməsi üzrə meyarlar aşağıdakı aspektləri
əhatə edəcəkdir:
• Ərizəçinin maliyyə və əməliyyat potensialı
• Layihənin hazırkı layihə müsabiqəsinin məqsədlərinə, nəticələrinə və prioritet sahəsinə
uyğunluğu
• Layihənin səmərəliliyi və mümkünlüyü
• Layihənin dayanıqlılığı
• Layihənin büdcəsi və iqtisadi səmərəliliyi
Hər bir bölmə aşağıdakı qiymətləndirmə cədvəlinə uyğun olaraq qiymətləndiriləcəkdir.
14
Qiymətləndirmə Cədvəli
Bölmə Maksimum bal
1. Ərizəçinin maliyyə və əməliyyat potensialı 15
1.1 Ərizəçilər layihənin idarə edilməsi üzrə təcrübəyə malikdirmi? 5
1.2 Ərizəçinin və/və ya onun tərəfdaş(lar)ının hədəf bölgə(lər)də
əvvəllər iş təcrübəsi olubmu? 5
1.3 Ərizəçilər kifayət qədər əməliyyat potensialına malikdirmi? (heyət,
avadanlıqlar və layihə büdcəsini idarə etmək bacarığı)? 5
2 Layihənin hazırkı layihə müsabiqəsinin məqsədlərinə,
nəticələrinə və prioritet sahəsinə uyğunluğu 30
2.1 Təklif Əlavə F-də sadalanan seçilmiş DİM hədəfləri daxil olmaqla
layihə müsabiqəsinin məqsədlərinə, nəticələrinə və prioritet sahəsinə
nə dərəcədə uyğundur?
5
2.2 Hədəf qruplar/benefisiarlar/icmalar və onların ehtiyacları aydın
şəkildə müəyyən edilibmi? Təklif hədəf icmaların və benefisiarların
ehtiyaclarına nə dərəcədə uyğundur?
10
2.3 Təklif hədəf bölgə(lər)in kontekstinə nə dərəcədə uyğundur? 5
2.4 Layihə icmanın lazımi səviyyədə iştirakını nəzərdə tuturmu? Layihə
icmanın iştirakını təmin etmək üçün səmərəli iştirak vasitələrindən
istifadə edirmi?
5
2.5 Təklifdə gender aspektlərinin nəzərə alınması, müxtəlif çətinliklərin,
Bakıdan kənar regionların diqqətə alınması, yerli icmanın inkişafı
üçün ittifaqlar və ya koalisiyaların qurulması kimi xüsusi əlavə dəyər
yaradan elementlər yer alırmı?
5
3 Layihənin səmərəliliyi və mümkünlüyü 30
3.1 Problemin qoyuluşu aydın şəkildə izah edilirmi və etibarlı
mənbələrdən, düzgün istinad edilmiş sübutlarla təsdiqlənirmi?
Problemin təməl səbəbləri dəqiq təsvir edilibmi?
10
3.2 Layihə strategiyası və Məntiqi çərçivə cədvəli aydın və
məntiqlidirmi? Layihə strategiyası problemin təməl səbəblərinə
toxunurmu? Təklif olunan fəaliyyətlər münasib, praktiki və layihə
strategiyasına uyğundurmu, aydın və əsaslandırılmış icra planına
malikdirmi?
10
3.3 Bütün maraqlı tərəfləri və onların layihə ilə əlaqəsini və rolunu təsvir
edən Maraqlı tərəflərin ətraflı təhlili varmı? Maraqlı tərəflərin lazımi
səviyyədə cəlb edilməsi və iştirakı nəzərdə tutulurmu?
5
3.4 Layihənin əsas komponentləri (Problemin Qoyuluşu,
Strategiya/Yanaşma, Məntiqi Çərçivə, Maraqlı Tərəflərin Təhlili)
daxilində gender aspektlərini nəzərə alan və/və ya gender bərabərliyi
yanaşması tətbiq edilirmi?
5
4 Layihənin dayanıqlılığı 15
4.1 Layihənin hədəf qruplara nəzərəçarpan və qalıcı təsir göstərəcəyi
gözlənilirmi? Layihənin başa çatmasından sonra layihənin
nəticələrini qoruyub saxlamaq üçün hansı tədbirlər nəzərdə tutulur:
10
15
o maliyyə cəhətdən (layihə bitdikdən sonra tədbirlər necə
maliyyələşdiriləcək?)
o institusional cəhətdən (layihənin sonunda fəaliyyətlərin davam
etdirilməsinə imkan verən strukturlar mövcud olacaqmı?
Layihənin nəticələrinə yerli səviyyədə “sahiblənmə”
olacaqmı?)
o uzunmüddətli dövrdə resursların səfərbər olunması və
fandreyzinqin inkişafı (layihənin dayanıqlılığı üçün
uzunmüddətli fandreyzinq səylərinə sərmayə qoyulacaqmı?)
o davamlı sosial dəyişiklik (layihə. layihə bitdikdən sonra da
davam edəcək sosial/davranış dəyişikliyi yaratmaq potensialına
malikdirmi?)
4.2 Layihə təsirlərinin çoxşaxəli effektlər yaradacağı (təkrarlama,
genişləndirmə) gözlənilirmi? 5
5 Layihənin büdcəsi və iqtisadi səmərəliliyi 10
5.1 Tədbirlər büdcədə düzgün şəkildə əks olunubmu? 5
5.2 Təxmini xərclər və gözlənilən nəticələr arasında nisbət
qənaətbəxşdirmi? 5
Maksimum yekun bal 100
İlkin seçim
Qiymətləndirmədən sonra ərizələrin ballarına görə sıralandığı cədvəl tərtib olunacaq.
ADDIM 2: MÜRACİƏTÇİLƏRİN MEYARLARA UYĞUNLUĞUNUN YOXLANMASI
Ərizəçilərin və tərəfdaşın(ların) və layihə büdcələrinin meyarlara uyğunluğu Bölmə 2.1.1-də
göstərilən meyarlara əsasən yoxlanılacaq. IFRC tərəfindən tələb olunan dəstəkləyici sənədlər
əsasında uyğunluğun yoxlanılması (2.4-cü Bölməyə baxın) yalnız ballarına görə və mövcud
maliyyə zərfi daxilində ilkin olaraq seçilmiş ərizələr üçün həyata keçiriləcək.
• Ərizəçinin Bəyannaməsi (Əlavə C) ərizəçinin təqdim etdiyi dəstəkləyici sənədlərə əsasən
yoxlanılacaq. Dəstəkləyici sənədlərin hər hansı birinin çatışmaması və ya ərizəçinin
Bəyannaməsi ilə dəstəkləyici sənədlər arasında hər hansı uyğunsuzluq sadəcə bu əsasla
ərizənin rədd edilməsinə səbəb ola bilər.
• Tərəfdaşlıq Bəyanatı və Tərəfdaş(lar)ın Profili (Əlavə E)
Uyğunluğun yoxlanması zamanı kənarlaşdırılmış hər hansı bir ərizə mövcud büdcə
çərçivəsində növbəti ən yaxşı qiymətləndirilmiş ərizə ilə əvəz ediləcək.
Qiymətləndirmə Komitəsi 8-ə qədər ən yaxşı təklifi qısa siyahıya alacaq. IFRC ilkin seçilmiş
ərizəçilərdən Qiymətləndirmə Komitəsinin qeyd etdiyi şərhlərə baxılması tələb edə bilər.
Zərurət olduqda, ilkin olaraq seçilmiş ərizəçilərə layihələrini daha da təkmilləşdirmək üçün
məsləhət dəstəyi veriləcəkdir.
16
2.4 DƏSTƏKLƏYİCİ SƏNƏDLƏRİN TƏQDİM EDİLMƏSİ
İlkin olaraq seçilmiş ərizəçi IFRC tərəfindən yazılı şəkildə məlumatlandırılacaq. IFRC-nin
ərizəçinin, tərəfdaş(lar)ın (əgər varsa) uyğunluğunu yoxlamasına imkan vermək üçün təsis
sənədi, qeydiyyat şəhadətnaməsi və ya nizamnamənin təqdim edilməsi tələb olunacaq.
Dəstəkləyici sənədlərin surətləri və ya onların əslinin skan edilmiş versiyaları (yəni oxunan
möhürlər, imzalar və tarixlər göstərilməklə) təqdim edilməlidir.
Tələb olunan sənədlər Azərbaycan və/və ya ingilis dillərində təqdim edilməlidir.
Yuxarıda göstərilən dəstəkləyici sənədlər IFRC tərəfindən ərizəçiyə göndərilən dəstəkləyici
sənədlər sorğusunda göstərilən son tarixədək təqdim edilmədikdə, ərizə kənarlaşdırıla bilər.
Dəstəkləyici sənədləri yoxladıqdan sonra Qiymətləndirmə Komitəsi IFRC-ə yekun tövsiyəsini
təqdim edəcək. IFRC isə öz növbəsində maliyyə dəstəyinin ayrılması barədə qərar verəcək.
2.5 QƏRARI BARƏDƏ BİLDİRİŞ VƏ MÜQAVİLƏNİN BAĞLANMASI
22 dekabr 2023-cü il tarixinədək, meyarlara uyğunluq yoxlandıqdan sonra, yalnız seçilmiş
ərizəçilərə müraciətlərinin yekun qərarı yazılı formada bildiriləcək.
IFRC ilə qrantın təltif edildiyi təşkilatlar arasında 5 yanvar 2024-cü il tarixinədək layihə
təkliflərinə əsaslanan Layihənin Maliyyələşdirilməsi üzrə Müqavilələr (LMM) bağlanacaq.
Yalnız təsdiq olunmuş LMM büdcəsindəki xərclər qarşılanacaq və LMM imzalandıqdan sonra
büdcəyə edilən hər hansı dəyişikliklər qəbul edilməyəcək. IFRC, LMM imzalanmamışdan
əvvəl layihə sahibi ilə qarşılıqlı anlaşma üzrə büdcəyə yenidən baxılması tələbi üçün bütün
hüquqları özündə saxlayır.
2.6 ŞƏRTİ VAXT QRAFİKİ
TARİX VAXT7
Layihə müsabiqəsinin başlanması 20 oktyabr 2023-cü il 11:00
Onlayn məlumatlandırma sessiyası 25 oktyabr 2023-cü il 16:00
IFRC-dən hər hansı izahat istəmək üçün son tarix 1 dekabr 2023-cü il 18:00
Ərizələrin təqdim edilməsi üçün son tarix 8 dekabr 2023-cü il 18:00
Yekun qərarın bildirilməsi (uyğunluq
yoxlanıldıqdan sonra)
22 dekabr 2023-cü il 18:00
Müqavilənin (Layihənin Maliyyələşdirilməsi
üzrə Müqavilə) imzalanması
5 yanvar 2024-cü il 18:00
Bu vaxt cədvəlinə edilən hər hansı yeniliklər IFRC-nin Azərbaycandakı ofisinin idarə etdiyi
veb-saytda dərc ediləcək: www.yourngo.org.az
7 Bütün vaxt göstəriciləri Azərbaycan Respublikasının saat qurşağına uyğun olaraq göstərilir.
17
ƏLAVƏLƏRİN SİYAHISI
Əlavə A: Layihə Təklifi Forması
Əlavə B: Layihə Büdcəsi Forması
Əlavə C: Ərizəçinin Bəyannaməsi
Əlavə D: Ərizəçinin Profili
Əlavə E: Tərəfdaşlıq Bəyannaməsi və Tərəfdaşın (Tərəfdaşların) Profili
Əlavə F: DİM-lərin Təsnifatı Üzrə Yoxlama Siyahısı
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 280 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!