23 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/12/2023 Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib


Bakı, 28 dekabr, AZƏRTAC

2023-cü ilin bitməsinə sayılı günlər qalmış Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib.

AZƏRTAC xəbər verir ki, “Gülüstan” sarayında təşkil edilən bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar.

Uşaqlar şənliyin keçirildiyi saraya onlar üçün ayrılmış avtobuslarla gəliblər.

Bayram ovqatı ilə bəzədilən şənlik məkanında balacaları nağıl qəhrəmanları qarşılayıblar. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıb.

Bayram şənliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Uşaqlar üçün təqdim edilən Yeni il səhnəciyi dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyrin şərə qalib gəlməsi üzərində qurulub. Tamaşada müxtəlif nağıl qəhrəmanları ilə yanaşı, qarşıdan gələn 2024-cü ilin rəmzi olan Əjdaha obrazı da canlandırılıb.

Yeni il ovqatlı sarayda rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.

Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların qarşısında Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Manana və digər incəsənət xadimləri, o cümlədən Aysel Teymurzadə, Elnur Məmmədov, Günay İbrahimli, Murad Arif, Zamiq Hüseynov çıxış ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.

İki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 252 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!