23 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/1/2024 Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT


Azərbaycan Milli QHT Forumu bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Azərbaycan Milli QHT Forumu 25 ildir ki, ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir.

Son bir ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda regional forumlar keçirib, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara ümumrespublika forumu ilə yekun vurulur.

Ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib.

Ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb. Dünyada Azərbaycan liderinin hər bir sözü imzası kimi qəbul olunur.

Otuz ilə yaxın müddətdə işğal altında qalmış bütün torpaqlarımız məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı sayəsində azad olunub, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır.

İki yüz ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu.

Azərbaycanın vətəndaş cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir.

Bu gün Azərbaycan dünyada təhlükəsizlik adası, əmin-amanlıq diyarı kimi tanınır. O qədər də uzaq olmayan bölgələri, coğrafiyanı qanlı hadisələr, aramsız böhranlar, təlatümlər bürüyüb. Azərbaycan isə gündən-günə güclənir, inkişaf etmiş dövlətə çevrilmək yolunda sürətlə irəliləyir.

Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti Azərbaycanın bütün uğurlarının təməlində dayanır.

Ölkədə gedən ümumi inkişaf vətəndaş cəmiyyəti üçün də yeni imkanlar açır. Yaradılmış sərbəst və azad mühit QHT-lərin fəaliyyətini, onların təşəbbüslərini önə çıxarır. Hər il yüzlərlə QHT-yə müxtəlif dövlət qurumları qrantlar ayırır. Bu sahədə sistemli dövlət dəstəyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi təsis olunub.

Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir. İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.

Azərbaycan QHT-ləri bu gün bir çox sahələrdə cəmiyyət həyatına layiqli töhfələri ilə seçilir, beynəlxalq miqyasda uğurlar qazanırlar.

Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik, bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!

2003-cü ildən bu yana Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. İlham Əliyev qalib xalqın qalib Lideri kimi dünya miqyasında böyük şöhrət qazanıb.

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırır”.

 

Əlil Təşkilatları İttifaqı

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 240 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!