23 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/2/2024 Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.


Əlil Təşkilatları İttifaqı 

“Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

 

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilib.

Layihənin icra olunma müddəti 10 ay olmuşdur.

Layihə aşağıda qeyd olunan məqsədlərə nail olunmasına yönəlib:

Məqsəd 1

Azərbaycanda BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın və digər konvensiyaların (əlilliyi olan şəxslərin hüquqlarına dair müddəaları olan) həyata keçirilməsinə dair alternativ məlumatların və hesabatların hazırlanması prosesində yerli təşkilatların potensialını, səviyyəsini və iştirak keyfiyyətini yüksəltmək.

Məqsəd 2

Əlilliyi olan şəxslərin iştirakçılığının artırılması, Komitə tərəfindən Azərbaycan Hökumətinə verilmiş tövsiyələrin bir hissəsinin icra səviyyəsinin müəyyən edilməsi və təhlili.

BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, donorlarla əlaqələrin qurulması kimi bacarıqların inkişaf etdirilməsi fəaliyyətərinin inkişafı.

Təlimlərdə əlilliyi olan şəxslərin 15 təşkilatından, hər təşkilatdan 2 nəfər olmaqla cəmi 30 nəfər iştirak etmişdir. Onlardan 5 nəfəri kişi, 25 nəfəri qadınlar olublar.

Təlimlər may-iyun aylarında 4 həftə müddətində, həftədə 2 gün (həftənin 5-ci və 6-cı günləri), gündə 6 saat olmaqla (cəmi 48 saat) keçirilib.

Təlimlər aşağıdakı mövzuları əhatə etmişdir

- Beynəlxalq konvesiyalar üzrə alternativ hesabatların hazırlanması, göndərilməsi və təqdim edilməsi prosesi və prosedurları, 

- Monitorinq aparılması, məlumatların toplanması metodologiyası və praktiki cəhətləri, 

- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası (ƏŞHHK) və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı müddəalara malik olan digər konvensiyaların tələbləri, 

- Azərbaycan Hökuməti tərəfindən təqdim olunan hesabatlar, 

- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri, 

- BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ƏŞHHK maddələri arasında uyğunluqlar, 

Layihələrin yazılması və idarə olunması. 

 

Əldə olunan nəticələr:

- Əlilliyi olan şəxslərin 15 təşkilatının məqsədlərdə qeyd olunan istiqamətlər üzrə bacarıqları əldə edib;

- 30 nəfər alternativ hesabatların hazırlanması qaydaları ilə bərabər BMT qurumları ilə əməkdaşlıq, Beynəlxalq təşkilarda təmsilçilik, layihələrin tərtib olunması və yerinə yetirilməsi, komandada işləmək vərdişləri, donorlarla əlaqələrin qurulması kimi bacarıqlar  əldə edib; 

- 15 təşkilat praktik olaraq alternativ (tematik) hesabat hazırlayıb BMT-nin müfafiq Komitəsinə təqdim edib və təqdim olunan alternativ (tematik) hesabatlar Komitənin saytına qoyulub.

Layihə çərçivəsində 2 broşura nəşr olunub:

1. “BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (ƏŞHHK) ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında əlaqə”

2. “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi üzrə icmal.

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat xidməti

Əlaqə: Tel/Fax: (+994 12) 434 93 29. Mobil: (+994 50) 371 03 02

Email: davudrehimli@gmail.com info@udpo.az  VEB: www.udpo.az

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 192 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!