16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/2/2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib


   23 fevral 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri, beynəlxalq dərəcəli ekspertlər və nazirliyin mütəxəssisləri iştirak ediblər.

Tədbir çərçivəsində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində həyata keçirilən islahatlarda səmərəli nəticələrə nail olunması üçün Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində Tvinninq, TAİEX və SİQMA proqramlarına daha çox üstünlük verilir. O deyib ki, nazirlik də sosial müdafiənin bir çox sahələrində islahatların aparılması üçün Tvinninq və TAİEX proqramları çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü əməkdaşlıq həyata keçirir. Nazir müavininin sözlərinə görə, Tvinninq layihəsi 2010-cu ilin sentyabr ayından həyata keçirilməyə başlayıb və bir sıra uğurlu nəticələr əldə edilib.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən böyük işlər görülüb. Onun sözlərinə görə, bir neçə il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi xeyli aşağı düşüb: "Azərbaycan bu gün böyük iqtisadi uğurlar yaşayır və bu inkişaf hamıya məlumdur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da şəhərlə əyalət arasında insanların yaşam tərzində fərqlər var. Amma Azərbaycanda regionların iqtisadi inkişafına dair proqram həyata keçirilir". Birgə tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı uğurlu nəticələrin əldə edildiyini deyən R. Kobia Avropa İttifaqının Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu bildirib. "Hesab edirəm ki, ölkənizlə Avropa Birliyi arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək"- deyə, R. Kobia vurğulayıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa Qonşuluq Siyasətləri proqramlarında iştirakı, «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyinin artırılması» üzrə Tvinninq layihəsinin nəticələri müzakirə olunub.

Konfrans iştirakçıları həyata keçiriləcək növbəti islahatlar barədə təqdim olunan məlumatları da müzakirə ediblər. Müzakirələr zamanı mütərəqqi beynəlxalq təcrübəyə istinad olunmaqla nazirlik tərəfindən atılan islahatyönlü addımlar yüksək dəyərləndirilib və əldə olunan təcrübənin gələcək layihələrin uğurlu nəticələr verməsi üçün əsas olduğu vurğulanıb.
Çıxışlardan sonra Tvininq layihəsinin iştirakçılarına diplomlar təqdim olunub. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2834 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!