10 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, 2001-ci il


Azərbaycan Respublikası adından

 

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair

 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədr X. Hacıyev, hakimlər F. Babayev, B. Qəribov, R. Qvaladze, E. Məmmədov, S. Salmanova (məruzəçi-hakim), Ə. Sultanovdan ibarət tərkibdə,

İ. İsmayılovun katibliyi ilə

sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ş. Hidayevin, cavabverən orqanın qanuni nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisi Sosial siyasət daimi komissiyasının sədri H.Rəcəblinin, Milli Məclis Aparatının ümumi şöbəsinin müdir müavini İ. Əbdüləzizovun,

ekspertlər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Təminat Siyasəti İdarəsinin rəisi R. Mürşüdovun, Bakı Dövlət Universiteti hüquq fakültəsinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri namizədi M. Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı üzrə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 30 aprel tarixli 8-5/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim S. Salmanovanın məruzəsini, tərəflərin nümayəndələri Ş. Hidayev, H. Rəcəbli və İ. Əbdüləzizovun çıxışlarını, ekspertlər R. Mürşüdov və M. Əliyevin rəylərini dinləyib, Konstitusiya işinin materiallarına baxaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğuda hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci və 106-cı maddələrinin rəsmi mətnləri vardır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (38-ci maddənin III hissəsi).

«Vətəndaşların pensiya təminatı haqqında» qanunla Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər dövlətlərin ərazisində yaşayan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı məsələləri tənzimlənir.

Pensiya təminatı sosial təminatın mühüm tərkib hissəsidir. Ona görə də cəmiyyətin üzvü olan hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur.

Pensiya təminatı sahəsində vətəndaşların hüquqları bilavasitə onun əmək və ya digər ictimai faydalı fəaliyyətindən, həmin fəaliyyətin həcm və xarakterindən asılıdır. Məhz buna görə də «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 2-ci maddəsində dövlət pensiyalarının iki növü müəyyən edilmişdir—əmək pensiyaları və sosial pensiyalar.

Əmək pensiyaları yaşa (qocalığa, əlilliyə, ailə başçısını itirməyə, xidmət illərinə görə) əməyə və ya qanunverici tərəfindən ictimai faydalı hesab edilən digər fəaliyyətə görə təyin edilir. Bu pensiyalar vətəndaş tərəfindən əvvəlki əmək, xidmət, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsi ilə qazanılır.

Sosial pensiyalar əmək qabiliyyəti olmayan, işləməyən vətəndaşlara onların əmək pensiyası almaq hüququ olmadıqda yaşamaq üçün minimum vəsaitlərlə təmin olunmaları məqsədilə təyin edilir.

Yuxarıda göstərilən pensiya növlərinin hüquqi təbiətindəki fərqlilik belə pensiyaları almaq hüququ əldə edənlərə münasibətdə dövlətin vəzifələrinin fərqli xarakterli olmasına səbəb olur. Bununla yanaşı, belə fərq dövlətin vətəndaş qarşısındakı vəzifələrinə heç cür təsir göstərmir.

Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azad insan və onun ləyaqəti konstitusiya hüququ qaydalarının ali dəyəridir. Dövlət insan ləyaqətinə hörmət etməyə, onu qorumağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Bu baxımdan hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır.

Yuxarıda adı çəkilən qanunun 106-cı maddəsinin birinci hissəsi, həmçinin bir sıra beynəlxalq hüquqi aktlarla da uzlaşmır.

Belə ki, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

Göstərilən bəyannamənin 25-ci maddəsinin birinci hissəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

«İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsinin nəzərdə tutulması pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin birinci bəndini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80—83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

QƏRARA ALDI:

 

1. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 38-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2. Bu Qərar qüvvəyə mindiyi gündən sonra yaranan hüquq münasibətlərinə şamil olunsun.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

 

Sədrlik edən:

Xanlar HACIYEV.

Bakı şəhəri, 22 may 2001-ci il.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3949 dəfə oxunub




Flag Counter






» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib