19 İyun 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsi, 1997-ci il


Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi qeydə

almışdır

qeydiyyat № 69

05.11 1997-ci il tarixli

 

 

Nazir əvəzi          S. Həsənova

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi kollegiyasının

32-13 nömrəli 07.10.1997-ci il tarixli

qərarı ilə təsdiq

edilmişdir

 

Nazir                     Ə. Nağıyev

 

 

                                                                                                                 

Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin

NİZAMNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR.

1.1. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan, əhalinin tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspetiza işlərini həyata keçirən, ilkin pillə tibbi-sosial eksperti komissiyalarının fəaliyyətinə nəzarət və metodiki rəhbərlik edən təşkilatdır.

1.2.  Mərkəz   öz   fəaliyyətində   Azərbaycan   Respublikasının Konstitusiyasını Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnaməni, bu Nizamnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.

1.3.  Mərkəz dövlət büdcəsi hesabına maliyyələşdirilir;

1.4.  Mərkəz işçilərinin əməyinin ödənilməsi şərtilə Vahid Tarif Cədvəli əsasında tənzimlənir;

1.5.  Mərkəz öz fəaliyyətini aidiyyatı üzrə müxtəlif Nazirlik, idarə, müəssisə və təşkilatlarla sıx əlaqədə həyata keçirir;

1.6. Mərkəz öz fəaliyyəti haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabat verir.

II. ƏSAS VƏZİFƏLƏR.

Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  1. Tibbi, sosial-əmək ekspertizası sahəsində Ali ekspertiza işlərini həyata keçirmək;
  2. Əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, əlillərin reabilitasiyası üçün müvafiq tədbirlər işləyib hazırlamaq;
  3. İlkin Tibbi-Sosial Ekspert Komissiyalarına metodiki və praktiki köməklik göstərmək, onların fəaliyyətinə nəzarət etmək;
  4. Mərkəzdə müayinə olunan şəxslərin peşə yönümünü müəyyən etmək və onlara psixoloji-reabilitaiya yardımı göstərmək;
  5. Ekspert-reabilitasiya diaqnostikası  prinsiplərini və metodlarını ilkin TSEK-lərin işində tətbiq etmək;
  6. İlkin TSEK-lərin məlumatları əsasında vahid informasiya bankı yaratmaq.

III. MƏRKƏZİN FUNKSİYALARI.

  1. Mürəkkəb ekspertiza hallarında ilkin Tibbi-Sosial Ekspert Komissiyalarına şifahi və yazılı məsləhət vermək, lazım gəldikdə əyani müayinə əsasında qərar qəbul etmək;
  2. İlkin TSEK-lərin qərarından narazı olan vətəndaşları şikayət qaydasında müayinə edib qərar vermək;
  3. İlkin əlilliyi nəzarət qaydasında təsdiq etmək;
  4. İLkin Komissiyaların əsassız hesab edilən qərarlarını dəyişdirmək;
  5. Tibbi-Sosial Ekspertiza və reabilitasiya problemlərinə dair konfrans, seminar və müşavirələr keçirilməsini təşkil etmək;
  6. Mərkəzin profil üzrə xarici ölkələrin qabaqcıl təcrübələrini öyrənmək və tibbi, sosial ekspertiza sistemini müntəzəm olaraq təkmilləşdirmək məqsədi ilə təkliflər hazırlamaq;

IV. MƏRKƏZİN HÜQUQLARI.

Öhdəsinə düşən funksiyaların təmin edilməsi məqsədi ilə Mərkəz aşağıdakı hüquqlara malikdir:

  1. İlkin TSEK-lərin fəaliyyətinə nəzarət etmək;
  2. Mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlardan tibbi-sosial ekspertiza üçün lazım olan məlumatları almaq;
  3. Əlilləri  müayinə  məqsədilə səhiyyə  müəssisələrinə  və reabilitasiya mərkəzlərinə göndərmək;
  4. İlkin TSEK-lərin qərarını ləğv etmək;
  5. İlkin TSEK-lərin tərtib etdiyi fərdi bərpa proqramlarının icrasına nəzarət etmək;
  6. Öz xidməti sahəsini dövlət, məhkəmə orqanlarında, ictimai və digər təşkilatlarda təmsil etmək;
  7. Nazirliyin  rəhbərliyi  ilə  razılaşmaqla  tibbi-sosial ekspertiza problemlərinə dair müşahidələr, simpoziumlar, seminarlar keçirmək və dəvət olunduqda xarici ölkələrdə təşkil edilmiş müvafiq tədbirlərdə iştirak etmək.

V.  MƏRKƏZİN STRUKTURU.

  1. Mərkəzin strukturu, işçilərin sayı, ştat cədvəli və xərclər smetası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir;
  2. Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə Mərkəzin direktoru (Ali Nəzarət Komissiyasının sədri) rəhbərlik edir, Mərkəzin direktoru Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən işə təyin və azad edilir;
  3. Mərkəz 2 şöbədən idarətdir:

1. Tibbi-sosial ekspertiza şöbəsi.

Şöbə - şöbə müdirindən (Mərkəzin direktorunun müavini) və həkim-ekspertlərdən təşkil olunur.

2. Funksional - diaqnostika şöbəsi:

Şöbə müdirindən və həkim-ekspert funksionalistlərindən təşkil olunur.

Mərkəz öz fəaliyyəti zamanı aşağıdakı komissiyaları təşkil edir:

a) Ali Nəzarət Komissiyası - daimi fəaliyyət göstərən, dəyişkən tərkibli komissiyadır, 3 nəfərdən - komissiyanın sədri (Mərkəz direktoru) və xəstənin profilinə uyğun 2 həkim ekspertdən təşkil olunur. Əlilləri nəzarət və şikayət qaydasında müayinə edir. Komissiyanın üzərində Ali Nəzarət Komissiyası yazılmış dairəvi möhürü və ştampı vardır.

b) Səyyari Ali Nəzarət Komissiyası - dövri olaraq fəaliyyət göstərən dəyişkən tərkibli komissiya olmaqla, nazirliyin əmrilə yaradılır, yerlərdə ilkin TSEK-lərin fəaliyyətini nəzarət qaydasında yoxlayır və onlara metodiki köməklik göstərir. Komissiyanın üzərində Səyyari Ali Nəzarət Komissiyası yazılmış dairəvi möhürü və ştampı vardır;

5.5. Mərkəzin direktoru:

  • Respublikada Ali Ekspertiza xidmətinin təşkil edilməsinə və həyata keçirilməsinə şəxsən məsuliyyət daşıyır.
  • mövcud qanunvericiliyə uyğun öz səlahiyyətləri çərçivəsində əmr və sərəncam verir, mərkəzi başqa müəssisə, idarə və təşkilatlarla təmsil edir.
  • Mərkəzin həkimlərinin işə qəbul olunması üçün nazirliyə təqdimat verir, mərkəzin digər personalını işə qəbul və azad edir;
  • ilkin pillə (Zona) TSEK-lərinin orta və kiçik tibb işçilərini, sürücülərini işə qəbul və işdən azad edir;
  • ilkin pillə (Zona) TSEK-lərinin Səyyari müayinə iclaslarının qrafikini və tərkibini təsdiq edir;
  • qanunvericilikdə nəzərdə tutulan qaydada Mərkəzin maliyyə vəsaitinin istifadə edilməsinə sərəncam verir.

5.6.    Mərkəzin direktoru işdə olmadığı hallarda onun funksiyasını direktor müavini (ekspertiza şöbəsinin müdiri) həyata keçirir.

 

 

  

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 14312 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 17/6/2021- Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

» 17/6/2021- Daha 24 şəxsin əyani müayinəsi aparılıb

» 17/6/2021- Əlilliyi olan şəxslərin məşğulluğu üçün yeni layihəyə başlanılır

» 17/6/2021- Vətən müharibəsində yaralanmış şəxslərin əlilliyi avtomatik təyin olunacaq

» 17/6/2021- Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub

» 16/6/2021- “İstedadlı Əlilər” İctimai Birliyinin yeni sədri seçilib.

» 15/6/2021- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

» 15/6/2021- Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

» 15/6/2021- Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

» 15/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/6/2021- BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni birgə layihələrlə xeyli genişlənib

» 15/6/2021- Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

» 12/6/2021- Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

» 11/6/2021- Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

» 11/6/2021- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 10/6/2021- “Məşğulluq marafonu”na həsr olunmuş mətbuat konfransı keçirilib

» 8/6/2021- Yanvar-may aylarında əlilliyi olan şəxslərə 18 minə yaxın reabilitasiya vasitəsi verilib

» 7/6/2021- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatı Saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib – VİDEO, FOTO

» 4/6/2021- Azərbaycan Əlil Təşkilatları İttifaqı adından Kəlbəcərdə mina partlaması nəticəsində həlak olanlarla bağlı Bəyanat

» 4/6/2021- QARABAĞ AZƏRBAYCANDIR!