11 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il


“2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, yoluxucu xəstəliklərin qarşısının alınması və onunla mübarizəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 26 noyabr 2010-cu il

№ 225

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 26 noyabr tarixli 225 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair


TƏDBİRLƏR PROQRAMI

 

1. Giriş

 

Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proqram körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur.

2006-2010-cu illəri əhatə edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” çərçivəsində respublikanın poliomielitdən azad olması statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmiş, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmışdır. Aparılan tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi 137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək hallarda qeydə alınmışdır.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə rotavirus, B tipli hemofil infeksiyası tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin yoluxucu və parazitar xəstəliklərin nozologiyaları Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 10-cu baxışına uyğunlaşdırılmış və rotavirus infeksiyası, pnevmokok meningiti və digər infeksiyalar tərəfindən törədilən meningitlər kimi hesabat formasına əlavə edilmişdir.

Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi və bu məlumatların geniş təhlili prosesi təkmilləşdirilmiş, nəzarətin gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq edilmişdir.

Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı yaradılmış və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə “soyuq zəncir” avadanlığı alınaraq, onların elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilmişdir. Vaksinlərin və digər peyvənd materiallarının “soyuq zəncir” sisteminin tələblərinə uyğun qaydada rayonlara daşınması təmin edilmişdir.

Bundan əlavə, “soyuq zəncir” sisteminin tələblərinə uyğun işləmək üçün mütəxəssislər hazırlanmışdır. Vaksinlərin alınmasının planlaşdırılması, vaksin və inyeksiya materialları ehtiyatının tənzimlənməsi sistemi təkmilləşdirilmişdir. Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması üçün vaksin fondu yaradılmışdır.

 

Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimi

 

Yaşı

Peyvəndlər

Doğulduqdan 12 saat ərzində

Hepatit B

4-7-ci gün

BSJ (vərəmə qarşı), OPV (poliomielitə qarşı)

2 aylıqda

Hib- AGDT-HepB (hemofilis influenza, göyöskürək, difteriya, tetanusa qarşı), OPV

3 aylıqda

Hib- AGDT-HepB, OPV

4 aylıqda

Hib- AGDT-HepB, OPV

12 aylıqda

QPM (qızılca, parotit, məxmərəyə qarşı), vitamin A

18 aylıqda

AGDT (göyöskürək, difteriya, tetanusa qarşı), OPV, vitamin A

6 yaşında

QPM, ADT (difteriya, tetanusa qarşı), vitamin A

 

 

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri

 

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

- profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması;

- immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;

- bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi;

- immunoprofilaktika sahəsində kadr hazırlığı;

- məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması.

 

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

 

Sıra
№-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti (illər üzrə)

1

2

3

4

1. Profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması

1.1.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, vaksinlərin alınması üçün davamlı maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011 — 2015

1.2.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, özüməhvolan şprislərin, həlledici şprislərin və immunlaşdırma zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi məqsədi ilə təhlükəsiz qutuların alınması üçün maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011 — 2015

1.3.

Elektron sağlamlıq kartlarından istifadə etməklə, peyvəndləmənin səviyyəsinin monitorinqinin daima təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

1.4.

Peyvəndləmə səviyyəsi qənaətbəxş olmayan ərazilərdə monitorinqin keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

tələb olunduqda

1.5.

Ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndləmənin səviyyəsi üzrə qiymətləndirici sorğunun aparılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012 — 2013

2. İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi

2.1.

Respublika səviyyəsində anbarlarda immunobioloji preparatların saxlanılması üçün “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə sıradan çıxmış dondurucu avadanlıqların dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.2.

Respublika səviyyəsində anbarlarda temperatur rejiminin daima monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.3.

İmmunobioloji preparatların daşınması üçün respublika səviyyəsində əlavə xüsusi avtonəqliyyat vasitəsilə təminat

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.4.

Yerli səviyyədə immunobioloji preparatların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhəri, Quba, Şəki, Sabirabad və Qazax rayonlarında soyuducu anbarların yenidən qurulması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012 — 2014

2.5.

Yerli tibb məntəqələri səviyyəsində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisələrində sıradan çıxmış “soyuq zəncir” sisteminin avadanlıqlarının dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011 — 2015

2.6.

İmmunobioloji preparatların keyfiyyətinin yoxlanılması üçün Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin xüsusi laboratoriya avadanlığı ilə təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

2.7.

İmmunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3. Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi

3.1.

Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi üçün respublika səviyyəsində laboratoriya xidmətinin maddi-texniki təminatının gücləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

3.2.

Yerlərdə mütəxəssislər üçün epidemioloji və laboratoriya nəzarətinə aid təlimlərin keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012 — 2013

4. İmmunoprofilaktika sahəsində kadr hazırlığı

4.1.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)-in təcrübədə immunlaşdırma təlim kursuna aid metodiki tövsiyələrinin həkimlərin və orta tibb işçilərinin diplomdan sonrakı təlim proqramına mərhələlərlə tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011 — 2014

5. Əhali arasında sosial səfərbərliyin aparılması

5.1.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin saytında immunoprofilaktika üzrə veb-resursun yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

5.2.

İmmunlaşdırmaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011 — 2015

5.3.

Kütləvi informasiya vasitələri ilə məqsədli qruplar arasında immunlaşdırma proqramının təbliğinə dair məlumatların verilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

mütəmadi

         
 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3606 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün LAYİHƏ MÜSABİQƏSİ

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!