27 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il


"Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 367 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə
 

Bakı şəhəri, 13 oktyabr 2003-cü il
№ 133

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 oktyabr tarixli 133 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu
QAYDASI

 

1. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələr yaşayış və olduğu yer üzrə ərazi vərəm əleyhinə müəssisəsi (dispanser, şöbə, kabinet) tərəfindən dispanser müşahidəsinə götürülürlər.

Yoluxucu xəstəlik ocaqlarında vərəm əleyhinə müəssisələrin sifarişlərinə əsasən cari və tamamlayıcı dezinfeksiya tədbirləri aparılır. Ərazi gigiyena və epidemiologiya mərkəzləri bu işi təşkil edirlər.

2. İlkin aşkar edilmiş fəal vərəmli xəstələr barəsində xəstəliyi aşkar edən həkim tərəfindən müvafiq qaydada təsdiq edilmiş xəbərdarlıq vərəqəsi doldurularaq ərazi gigiyena və epidemiologiya mərkəzinə və vərəm əleyhinə tibb müəssisəsinə verilir.

3. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələrin dispanser müşahidəsi stasionar, ambulator və sanator müalicəsi ərazi vərəm əleyhinə müəssisələri və vərəm sanatoriyaları tərəfindən aparılır.

4. Daimi yaşayış yeri olmayan, müvəqqəti məskunlaşmış vərəmli xəstələr ərazi vərəm əleyhinə müəssisələrdə stasionar müalicəni başa vurduqdan sonra onlarda klinik, rentgenoloji və bakterioloji sağalma müşahidə edildikdə, müalicəni ixtisaslaşdırılmış xəstəxana-internatlarda davam etdirirlər.

5. Xəstəxana-internatlara göndəriş vərəm əleyhinə müəssisənin həkim-məsləhət komissiyasının qərarı ilə verilir. Göndərişə xəstənin keçdiyi müayinə və müalicə metodları, onların nəticələri barədə ətraflı məlumatı əks etdirən arayış (xəstəlik tarixindən çıxarış) əlavə olunur.

6. Xəstəxana-internatlarda həyata keçirilən müalicə və reabilitasiya vərəm əleyhinə aparılan kompleks müalicə tədbirlərinin əsas etaplarından birini təşkil edir. Bu müalicə tədbiri ambulator və sanator müalicə etapını əvəz edir.

7. Xəstəxana-internatlara daxil olan xəstələr qeydiyyatdan keçdikdən sonra minimum müayinəyə cəlb olunurlar. Profilaktik müalicə təyin edilən zaman xəstələrin spesifik dərmanlara qarşı həssaslığı, yaşı və çəkisi nəzərə alınır.

8. Xəstəxana-internatlarda aparılan müalicənin taktikası və müddəti müəssisəsinin həkim-məsləhət komissiyası tərəfindən müəyyənləşdirilir.

9. Daimi yaşayış yeri olmayan, vərəm xəstəliyinə yoluxmuş şəxslər yaşayış yerini dəyişərkən onların müalicə və müşahidəsinə dair məlumatlar ərazi vərəm əleyhinə müəssisəsi tərəfindən yeni yaşayış yeri üzrə vərəm əleyhinə müəssisəyə göndərilir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3132 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 25/5/2022- Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb

» 25/5/2022- Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

» 24/5/2022- Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi

» 23/5/2022- Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib

» 22/5/2022- “Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!