XƏBƏRLƏR




- 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
“2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, vərəm xəstəliyinin aşkarlanması, yayılma hallarının azaldılması, diaqnostika və müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 26 noyabr 2010-cu il
№ 226
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 26 noyabr tarixli 226 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il 9 milyon insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
Son illər vərəmin daha ağır, dərmanlara davamlı (rezistent) formalarının çoxalması epidemioloji vəziyyətin bir qədər ağırlaşmasına səbəb olmuşdur.
ÜST bu xəstəliyin sürətlə artmasını nəzərə alaraq, bu problemin qarşısının alınması məqsədi ilə bütün ölkələrin diqqətini vərəm xəstəliyi ilə mübarizənin yeni strategiyaya uyğun aparılmasına cəlb etmişdir.
Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlər hazırlanmış və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilmişdir.
Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Referens laboratoriyası tikilərək istifadəyə verilmişdir. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq qısamüddətli müalicə proqramı (DOTS) tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədi ilə nəzarət altında dərman preparatlarının qəbulu (DOT) kabinetlərinin şəbəkəsi yaradılmışdır. Son 2 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılmışdır.
Lakin buna baxmayaraq, respublikada vərəmin epidemioloji vəziyyəti gərgin olaraq qalır. Respublikada 11 min nəfərə yaxın xəstə vardır və hər il 4-5 min yeni vərəmli xəstə aşkar olunur.
Bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin müalicəsi üçün onların spesifik dərman preparatları ilə təmin edilməsi, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.
2. Tədbirlər Proqramının məqsədi
Tədbirlər Proqramının məqsədi aşağıdakılardır:
- vərəm xəstəliyinin yayılmasının qarşısının alınması;
- vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması;
- vərəm xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması;
- vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi;
- xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı;
- vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi;
- əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsi.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Sıra №-si |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
1. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər |
|||
1.1. |
Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-ün vərəmlə mübarizə strategiyasına uyğun olaraq təkmilləşdirilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011
|
1.2. |
Vərəm xəstələrinin vahid elektron registri və məlumat bazasının yaradılması |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
2011 |
2. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi |
|||
2.1.
|
Rayonlararası vərəm əleyhinə tibb müəssisələrinin və vərəm sanatoriyalarının təmiri, tikintisi və təchizatı: - Bakı şəhər 1 nömrəli vərəm əleyhinə dispanser - Gəncə, - Salyan - Yevlax - İmişli - Şəki xəstəxana və şöbələri |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011 2012 2013 2011 |
|
Prof. Qindes adına Respublika uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstələri sanatoriyası |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2012 |
|
2 nömrəli vərəm əleyhinə sanatoriya |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2012 |
2.2. |
Vərəmin dərmana davamlı formalarının diaqnostikası məqsədi ilə mikrobioloji müayinələrin aparılması üçün Naxçıvan MR, Gəncə, Quba, Zaqatala, Masallı şəhər və rayonlarında laboratoriyanın yaradılması və avadanlıqla təchiz edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011 |
2.3. |
Vərəm əleyhinə müəssisələrin müasir rentgen-flüoroqrafiya aparatları ilə təchizatı: |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
|
|
rəqəmli rentgen qurğuları ilə: -Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu - Sumqayıt - Gəncə - Yevlax - Şəki şöbələri səyyar flüoroqraflar ilə: - Naxçıvan MR, Gəncə şəhəri Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu |
|
2011
2012 2014 2011
2012 |
3. Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi |
|||
3.1. |
Uşaq və yeniyetmələr arasında vərəm xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrinin tuberkulinlə təminatı |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
mütəmadi |
3.2. |
Mikrobioloji laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchizatı |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
mütəmadi |
3.3. |
Vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
mütəmadi |
3.4. |
Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokol-ların hazırlanması və tətbiqi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015
|
3.5. |
Referens laboratoriyasında və Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin laboratoriyasında dərmanlara davamlı vərəmin erkən diaqnostikasını təmin edən molekulyar-genetik metodların tətbiq edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
2011-2012
|
4. Kadr hazırlığı |
|||
4.1. |
Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə) |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015 |
4.2. |
Vərəmlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015 |
4.3. |
İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015
|
4.4.
|
Səhiyyə Nazirliyi sistemində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində vərəm əleyhinə mübarizə sahəsində çalışan mütəxəssislər üçün təlim proqramlarının hazırlanması və tətbiqi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
2011-2012 |
4.5. |
Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin bazasında Penitensiar Xidmətin əməkdaşları üçün regional təlim mərkəzinin yaradılması |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
2013
|
5. Vərəmlə mübarizəyə dair maarifləndirmə |
|||
5.1. |
Vərəmlə mübarizəyə dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015
|
5.2. |
Kütləvi informasiya vasitələri ilə vərəmin profilaktikasına dair məlumatların verilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri |
2011-2015
|
Bu xəbər 3658 dəfə oxunub