XƏBƏRLƏR




- 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları, inyeksiya və digər özünənəzarət vasitələri ilə təminatı ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinolqji dispanserində qeydiyyata alınırlar.
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.
- Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri vətəndaşın yaşadığı ərazi üzrə səhiyyə orqanının büdcə vəsaiti hesabına ödənilir.
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı" təsdiq edilsin (1 nömrəli əlavə).
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2006-cı ilin dövlət büdcəsinin layihəsinin tətbiqi zamanı müvafiq vasitələrin nəzərdə tutulmasını təmin etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 may 2005-ci il
№ 87
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın
(o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin
və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin
SİYAHISI VƏ MİQDARI
İllik tibbi yardım |
Şəkərli diabet tip 1 |
Şəkərli diabet tip 2 insulinə ehtiyacı olmayanlar |
Şəkərli diabet tip 2 insulinə ehtiyacı olanlar |
|||||
1 |
2 |
3 |
4 |
|||||
KONSULTASİYALAR * |
||||||||
Endokrinoloq |
ayda 1 dəfə |
2 ayda 1 dəfə |
ayda 1 dəfə |
|||||
Okulist |
ildə 2 dəfə |
ildə 2 dəfə |
ildə 2 dəfə |
|||||
Nevropatoloq |
ildə 2 dəfə |
ildə 2 dəfə |
ildə 2 dəfə |
|||||
Kardioloq |
ildə 1 dəfə |
ildə 1 dəfə |
ildə 1 dəfə |
|||||
ÖZÜNƏNƏZARƏT KURSU |
||||||||
Birinci kurs |
1 dəfə |
1 dəfə |
1 dəfə |
|||||
Təkrar kurslar |
ehtiyac olanda 1-2 ildən bir |
ehtiyac olanda 1-2 ildən bir |
ehtiyac olanda 1-2 ildən bir |
|||||
LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR |
||||||||
Qanda şəkərin təyini |
ayda 1 dəfə |
3 ayda 1 dəfə |
ayda 1 dəfə |
|||||
Sidikdə asetonun təyini |
ayda 1 dəfə |
dekompensasiya vəziyyətində |
dekompensasiya vəziyyətində |
|||||
Sidikdə şəkərin təyini |
özünənəzarət çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
özünənəzarət çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
özünənəzarət çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
|||||
Qlikohemoqlobinin təyini (HbALc) |
ildə 4 dəfə |
ildə 4 dəfə |
ildə 4 dəfə |
|||||
Qanda lipidlərin təyini |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
|||||
Qanda qaraciyər Sınaqlarının təyini |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
|||||
Qanda böyrək Sınaqlarının təyini |
ildə 1 dəfə*** |
ildə 1 dəfə*** |
ildə 1 dəfə*** |
|||||
Mikroalbuminuriyanın təyini |
makroproteinuriya olmadığı halda |
makroproteinuriya olmadığı halda |
makroproteinuriya olmadığı halda |
|||||
EKQ |
ildə 1 dəfə ildə 1 dəfə** |
ildə 1 dəfə ildə 1 dəfə** |
ildə 1 dəfə ildə 1 dəfə** |
|||||
İNSULİN VƏ DİGƏR ŞƏKƏRSALICI DƏRMAN PREPARATLARI, İNYEKSİYA VASİTƏLƏRİ, ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ |
||||||||
İnsulin (50% qısa və 50% uzun müddət təsir edən) |
illik 14400 vahid |
tələb olunmur |
illik 14400 vahid |
|||||
Şəkərsalıcı həblər: Sulfanilamidlər 70%
Biquanidlər 20% Tiozolidindionlar 2% Qeyri sulfanilamid sekretoqoqlar 2% a-qlükozidazanın ingibitorları 1% kombinəolunmuş preparatlar 5% Birdəfəlik insulin şprisi və ya insulin şpris- qələmləri üçün ucluq |
tələb olunmur
gündə 2 ədəd hər 5 gündən bir olmaqla, illik 144 ədəd |
gündə 2 həb hesabı ilə ildə 720 həb
tələb olunmur |
gündə 2 həb hesabı ilə ildə 720 həb
gündə 2 ədəd hər 5 gündən bir olmaqla, illik 144 ədəd |
|||||
ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ |
||||||||
Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd) |
ayda 1 qutu |
2 aya bir qutu |
ayda 1 qutu |
|||||
Sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd) |
3 aya 1 qutu |
3 aya 1 qutu |
3 aya 1 qutu |
|||||
Sidikdə asetonu təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd) |
3 aya 1 qutu |
tələb olunmur |
ildə 1 qutu |
|||||
* Normativlər ağır fəsadları olmayan xəstələr üçün nəzərdə tutulub. Ağır fəsadları olan xəstələrə mütəxəssislərin baxışı ildə 4 dəfə keçirilməlidir. Böyrək çatışmazlığı zamanı nefroloqun, irinli yaralar zamanı cərrahın baxışı keçirilməlidir.
** Fəsadlar və müalicə zamanı ildə 4 dəfədən az olmayaraq.
*** Böyrək çatışmazlığında - ehtiyac olduqda.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və
digər şəkərsalıcı dərman preparatları, inyeksiya və
özünənəzarət vasitələri ilə təminatı
QAYDASI
Bu xəbər 4024 dəfə oxunub