16 May 2022-ci il

Əsas Səhifə Webmail


ELANLAR

11px13px15px17px
10/4/2021 Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.


Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyəti çətinləşən həssas əhali

qruplarına xidmətlərin göstərilməsi

 

(4) Azərbaycan Əlil Təşkilatları İttifaqı - YouTube

 

2020-ci ilin əvvəlindən başlayaraq bütün dünyada, o cümlədən ölkəmizdə COVİD 19 pandemiyası yayılmağa başlanmışdır. Pandemiya özü ilə bir çox fəsadlar gətirmiş, insanların yaşayış tərzinə ciddi mənfi təsirlər göstərmiş, məhdudiyyətlər yaratmışdır. Bu mənfi təsirlər risk qrupuna daxil olan əhali qrupuna, o cümlədən əlilliyi olan şəxslərə münasibətdə özünü daha çox biruzə verir. Dövlət öz vətəndaşlarının qarantı kimi müyyən təşkilati işlər görməklə sosial müdafiə tədbirləri həyata keçirir.

Pandemiyanın ilk günərində Nazirlər Kabineti nəzdində yaradılan operativ qərargahın qərarına əsasən 4 istiqamətdən biri sosial müdafiənin təmin olunmasıdır.  O cümlədən əlilliyi olan şəxsləri koronavirus infeksiyasının fəsadlarından qorumaq üçün hüquqi-normativ aktlar qəbul olunmuşdur.

Çoxsaylı xidmətlər elektronlaşdırıldı, məsafədən xidmət formasına keçdi.

Lakin əlilliyi olan şəxslər bu xidmətlərə çatımda, onları əldə etməkdə çətinliklərlə üzləşirlər,  maddi, psixoloji və diggər sarsıntılara məruz qalırlar.

Bunun aktuallığını nəzərə alaraq Əlil Təşkilatları İttifaqı Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumunun dəstəyi ilə əlilliyi olan şəxslər və digər maraqlı əhali qrupu üçün müxtəlif mövzular üzrə video dərslər hazırlamışdır.

Əsas məqsəd bu insanların dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq və onları maarifləndirməkdir.  Proqrama əsasən əsas xidmətləri əhatə edən 12 mövzu üzrə videodərslər hazırlanıb və ardıcıllıqla sizlərə təqdim olunur. Video dərslərə aşağıdakı mövzular daxildir:

 

1. Ümumi tanışlıq

2. Əlilliyin qiymətləndirilməsi, təyin olunması proseduru və qaydaları

3. Reabilitasiya bərpa xidmətlərini almaq üçün müraciət qaydaları

4. Reabilitasiya vasitələri, protez-ortopedik vasitələrin əldə olunması qaydaları

5. Evdə sosial xidmətlər və onları almaq üçün müraciət qaydaları

6. Sosial müavinət, təqaüd və kompensasiyaların təyin edilməsi qaydaları

7. Peşə və təhsil almaq üçün müraciət qaydaları

8. Məşğulluq və özünəməşğulluq proqramına müraciət qaydaları

9. Məişət zorakılığı hallarında hüquqi yardım və mühafizə xidmətlərinə müraciət qaydaları

10. Ünvanlı dövlət sosial yardımı və onun təyin olunması qaydaları

11. Tibbi vəsaitlərin və dərmanların əldə olunması qaydaları

12. 13. Covid-19: profilaktika və müalicə

 

Videoları paylaşmaqda məqsədimiz sizlərə hər hansı bir məsələnin həllində yardımçı olmaqdır, yəni istədiyiniz xidməti almaq üçün nə etmək, necə etmək lazım olduğunu, hara müraciət etməli (hansı qurum, hansı sayt), nə vaxt etmək, nə qədər vaxt lazım olduğunu və digər bu kimi suallarınıza cavab verməyə çalışacayıq, eyni zamanda əlavə məsləhətlərə də yer verəcəyik.

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 6658 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.