05 Avqust 2021-ci il

Əsas Səhifə Webmail


ELANLAR

11px13px15px17px
1/8/2019 “Ən yaxşı məqalə” müsabiqəsi


 

“Universal Dizayn” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə əməkdaşlıqda Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində respublikada fəaliyyət göstərən qəzetlərdə və xəbər saytlarında çalışan jurnalistlər arasında müsabiqə elan edir:


“Ən yaxşı məqalə” müsabiqəsi

Müsabiqənin mövzusu:

Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində nailiyyətlər və problemlər

Aşağıda qeyd olunan sahələri təsvir edən yazılara üstünlük verilir:

1.      Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün özəl qurumların səyləri;

2.      Əlilliyi olan şəxslərin məşğulluq (o cümlədən biznes) sahəsində uğurları;

3.      Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında internet resurslarının rolu;

4.      Əlilliyi olan şəxslərin işlə təmin olunma sahəsində qarşılaşdığı çətinliklər.

 

Qaydalar:

Təqdim olunacaq məqalələr:

·         müsabiqə mövzusuna uyğun olmalıdır;

·         ən azı bir qəzet yaxud bir xəbər saytında dərc olunmalıdır;

·         məqalənin axırında bu mətn qeyd olunmaldır “Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır”

·         Əlil Təşkilatları İttifaqının (Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı www.udpo.az | Facebook) səhifəsi tag olunmaqla ən azı bir sosial şəbəkədə yayımlanmalıdır;

·         Əlil Təşkilatları İttifaqının email ünvanına (info@udpo.az) göndərilməlidir (dərc edildiyi qəzet/internet xəbər saytının və yayıldığı sosial şəbəkələrin linkləri ilə birgə).

 

Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 12 sentyabr 2021-ci il.  


Qiymətləndirmə haqqında:

1.      Təqdim edilən məqalələrin qiymətləndirilməsi və müsabiqə qaliblərinin seçimi müstəqil ekspertlər tərəfindən aparılacaq.

2.      Seçim meyarlarına aşağıdakılar daxildir:

·         materialın verilən mövzuya uyğunluğu,

·         yazının peşəkarlıq səviyyəsi,

·         oxucu auditoriyasının genişliyi,

·         sosial şəbəkələrdə alınan rəylər.

3.      Məqalələrin hazırlanması zamanı konkret uğurlu tarixcələrin və yaxud problemli situasiyaların təsvir olunması tövsiyyə olunur.

 

Mükafatlandırma:

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

-          I yer -     500 AZN

-          II yer -   300 AZN

-          III yer - 200 AZN

-          7 nəfər həvəsləndirici diplom

 

 

Ətraflı məlumat:

Yuxarıda qeyd olunan layihə və müsabiqə haqqında ətraflı məlumat vermək üçün informasiya sessiyası keçiriləcək. İnformasiya sessiyasında iştirak etmək istəyən jurnalistlərdən avqustun 5-nə kimi info@udpo.az email ünvanına aşağıdakı məlumatları göndərməyi xahiş olunur:

-          Ad, soyad;

-          Çalışdığı qəzet yaxud xəbər portalının adı;

-          Əlaqə telefom və email ünvanı.


İnformasiya sessiyasının yeri və vaxtı haqqında məlumat sessiyada iştirak etmək istəyən jurnalistlərin email ünvanlarına göndəriləcək.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 

Telefon: (+994 12) 434 48 36,   (+994 12) 434 93 29   mobil: (+994 51) 702 50 05
E-mail:   union-dpo@baku.az  info@udpo.az  universaldesignaz@gmail.com



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3494 dəfə oxunub




Flag Counter






» 4/8/2021- “Hamı üçün layiqli iş”

» 3/8/2021- "Ən yaxşı məqalə” müsabiqəsi

» 31/7/2021- Əmək, məşğulluq, sosial müdafiə sahələrində bu ilin ilk yarımilində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

» 30/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi.

» 29/7/2021- Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

» 28/7/2021- Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

» 28/7/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub

» 26/7/2021- Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

» 27/7/2021- Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi, Protokol imzalandı

» 26/7/2021- Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirildi - SƏRƏNCAM

» 26/7/2021- BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib

» 26/7/2021- İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI

» 26/7/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/7/2021- Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi

» 17/7/2021- Общественный совет при БТА обсудил план действий

» 17/7/2021- Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb

» 17/7/2021- Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

» 16/7/2021- Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

» 16/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI

» 16/7/2021- Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.