29 Yanvar 2025 09:20 | Baxış Sayı: 63
Əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri Moldovada təcrübə mübadiləsində iştirak edirlər.
Məlumat üçün bildiririk ki, Əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lərin, o cümlədən Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının beş üzv təşkilatının nümayəndələri Moldovada analoji sahədə fəaliyyət göstərən QHT-lərin işini öyrənmək və təcrübə mübadiləsi etmək məqsədilə səfərdədirlər. Səfər 27 – 31 yanvar tarixində reallaşdırılır. Təcrübə mübadiləsi zamanı nümayəndələr Belç meriyasında, “AOPD” Moldova əlilliyi olan şəxslərin təşkilatları alyansında, «Floare de Cires» sosial müəssisəsi ilə yanaşı digər analoji təşkilatların təcrübəsi ilə tanış olurlar, təcrübə mübadiləsi edirlər.
Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir.