13 Oktyabr 2025 09:37 | Baxış Sayı: 52
QHT-lərin beynəlxalq təcrübə mübadiləsi
1-5 oktyabr tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycanda Vətəndaş İştirakının Gücləndirilməsi” layihəsi çərçivəsində qrup səfəri olub. Məqsəd Azərbaycan və Moldovada olan əlilliyi olan şəxslərin təşkilıatları arasında əməkdaşlığın qurulması və təcrübə mübadiləsi olub. Səfər çərçivəsində müxtəlif QHT-lərlə, o cümlədən müvafiq dövlət orqanları ilə görüşlər keçirilib.
6-10 oktyabr tarixində Slovakiyanın paytaxtı Bratislava şəhərində “Azərbaycanda İcma əsaslı təşəbbüslərdə resursların səfərbərlik bacarığı və bacarıqlarının İnkişafı” istiqamətində görüşlər keçirilib.
Səfərlərdə Azərbaycandan müxtəlif istiqamıtlər üzrə fəaliyyət göstərən 10 QHT, o cümlədən Əlilliyi olan Şəxsləri Təşkilatları İttifaqı və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin nümayəndələri iştirak edib.
Səfərlər GİZ-in “Azərbaycanda Vətəndaş İştirakının Gücləndirilməsi” layihəsi əsasında reallaşıb.
