Reabilitasiya Vasitələri İlə Təminat

Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən protez-ortopedik məmulatlar və digər reabilitasiya vasitələri ilə təmin edilirlər.

Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabiltasiya vasitələri ilə təmin edilmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirməklə (minik avtomobili istisna olmaqla) reabilitasiya vasitələri Agentliyin tabeliyindəki Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada həyata keçirilir.

Reabilitasiya məmulatlarına ehtiyacı olan əlilliyi olan şəxslər Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən qeydiyyata alınması üçün aşağıda qeyd olunan sənədləri təqdim edir.

Reabilitasiya vasitələri (protez-ortez, ortopedik ayaqqabı və diğər reabilitasiya vasitələri)

  • Müvafiq səhiyyə müəssəsi tərəfindən epikriz
  • Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti

Eşitmə aparatı

  • Müvafiq Səhiyyə müəssəsi tərəfindən epikriz
  • Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
  • Həkim surdoloqun tibbi rəyi

Təkərli oturacaq

  • Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarış
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti
  • Fərdi reabilitasiya proqramında təkərli oturacaq təminatına göstəriş (Reabilitasiya vasitələri ilə təmin edilmə qaydası müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilməklə, reabilitasiya vasitələrini Agentliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir)

Protez-Ortez və hazır reabilitasiya vasitələri

+994 77 489 90 04

Təkərli oturacaq

+994 77 489 90 05

Gəncə filialı

+994 77 489 00 14