Preview

Davud RƏHİMLİ

 Bio. Davud RƏHİMLİ

 Əlillik üzrə beynəlxalq ekspert

1958-ci ildə Şamaxıda anadan olub.

1977-79-cu ildə Sovet Ordusunda xidmət edib.

1980-cı ildə Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb.

1980-cı ildə orta texniki peşə məktəbini,

1985-ci ildə Bakı Baza Energetika texnikumunu,

1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (magistr) bitirib.

1987-ci ildən əlillik səbəbi ilə müvəqqəti əmək fəaliyyətini dayandırıb.

1989-cu ildən ictimai fəaliyyətə başlamışdır. Respublika Əlillər Cəmiyyətinin təsis olunmasında iştirak edib, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin təsisçisi və sədri olub. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Milli QHT Forumu, Əlil Təşkilatları İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildən ƏTİ-nin prezidentidir.

Müxtəlif hökumət və qeyri-hökumət və beynəlxalq təşkilatlar tərəfindən fəxri fərman, diplomlar və sertifikatlarla təltif olunub.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 17 may 2019-cu il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif olunub.

COP29 aktiv fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən TƏŞƏKKÜRNAMƏ ilə təltif olunub.