02 Avqust 2024 15:19 | Baxış Sayı: 130

“İqlim dəyişklikləri - COP29 ilə bağlı inklüziv fəaliyyəti dəstəkləyən əlillyi olan şəxslərin, onların təşkilatlarının və müttəfiqlərinin Koalisiyası”nın 4-cü görüşü keçirilmişdir.

 Avqust ayının 1-də “İqlim dəyişklikləri ilə bağlı inklüziv fəaliyyəti dəstəkləyən əlillyi olan şəxslərin, onların təşkilatlarının və müttəfiqlərinin Koalisiyası”nın 4-cü görüşü keçirilmişdir.

 Zoom formatda keçən görüşün mövzusu “COP29-a əlillik məsələsinin daxil edilməsi” olmuşdur. İşçi qrupun ötən zaman ərzində gördüyü işlər, Boonda və Bakıda olan görüşlər barədə məlumat verilib. Görüşdə əlillik məsələsinin COP29-a daxil olunması, iştirakçılıq və qeydiyatlar üzrə təqdimatı edilib, iştirakçılar rəy və təkliflərini veriblər.

“İqlim dəyişklikləri ilə bağlı inklüziv fəaliyyəti dəstəkləyən əlillyi olan şəxslərin, onların təşkilatlarının və müttəfiqlərinin Koalisiyası”da əlillik üzrə üç beynəlxalq təşkilat və müxtəlif ölkələrdən 25 QHT iştirak edir. Azərbaycan Əlil Təşkilatları İttifaqı Koalisiyada Azərbaycan üzrə milli təmsilçidir.

Əsas məqsəd iqlim dəyişiklikləri ilə mübarizədə inklüzivliyin təmin olunmasına dəstəkdir. Hazırda qarşıda duran vəzifələr əlillik məsələsinin COP29 mövzusuna daxil olunması, inklüziv iştirakçılığın və müyəssərliyin  təmin olunmasıdır.

“İqlim dəyişklikləri - COP29 ilə bağlı inklüziv fəaliyyəti dəstəkləyən əlillyi olan şəxslərin, onların təşkilatlarının və müttəfiqlərinin Koalisiyası”nın 4-cü görüşü keçirilmişdir.
Preview