04 Dekabr 2024 16:37 | Baxış Sayı: 15

Qeyri-hökumət təşkilatları ilə bağlı cərimələr artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

 

Əlil Təşkilatları İttifaqı

Davud RƏHİMLİ

Qeyri-hökumət təşkilatları ilə bağlı cərimələr artırılır.
Preview