09 Dekabr 2024 07:17 | Baxış Sayı: 79

Press Reliz 01/24

Avropa Regional Əlillik Forumu 2024

   6 dekabr tarixində Berlin şəhərində “Geniş Avropa regionunda və Mərkəzi Asiyada inklüziv inkişaf və humanitar fəaliyyət”  Avropa Regional Əlillik Forumu keçirilmişdir. Forumda Şərqi Avropa ölkələri və Orta Asiyadan Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkmənistan, Ermənistan və Ukraynadan da nümayəndələr iştirak etmişdir. Özbəkistanın və Tacikistan isə onlayn iştirak ediblər. Azərbaycanı Almaniya Federal Əmək və Sosial Məsələlər Nazirliyinin dəvəti ilə Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ təmsil etmişdir.

Tədbirdə Almaniya Federal Əmək və Sosial Məsələlər Naziri Hubertus Heil, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Naziri Svenja Schulze iştirak ediblər.

Forum ərəfəsində dekabr ayının 5-də Almaniya Federal Əmək və Sosial Məsələlər Nazirliyində Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının da üzvü olduğu Beynəlxalq Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyinin nümayəndələri ilə Almaniyanın ABİD təşkilatı və tədbir zamanı Avropa Əlillik Forumunun prezidenti  Yannis Vardakastanis və İcraçı Direktor Catherine Naughton ilə görüş keçirilib. 

 

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı MM

Address: AZ1138, M.C. Mammadzade street 166A, Yasamal district, Baku city,  of the Republic of Azerbaijan

Phone: (+994 12) 434 48 36, mobile: (+994 50) 371 03 02
Phone/Fax: (+994 12) 434 93 29
E-mail:   union-dpo@baku.az  info@udpo.az  davudrehimli@gmail.com
WEB:     www.udpo.az

Avropa Regional Əlillik Forumu
Preview