24 Fevral 2025 14:13 | Baxış Sayı: 56

PRESS RELİZ

25 Fevral Beynəlxalq Koxlear İmplantlılar Günü münasibətilə

“Sən həyat hekayəni yenidən yazan baş qəhrəmansan “ adlı layihə

Tarix: 23.02.2025-ci il
 Yer: Hyatt Regency Baku

Beynəlxalq Koxlear İmplantlılar Günü hər il 25 Fevral tarixində qeyd olunur və bu gün eşitmə məhdudiyyəti olan insanların həyatında yeni üfüqlər açan koxlear implant texnologiyasına həsr edilmişdir. Bu gün, eşitmə məhdudiyyəti olan insanlara ümid verən və onların cəmiyyətə daha aktiv inteqrasiya etməsinə imkan yaradan texnologiyanın əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.

 Bu tədbirin başlanğıcında, Mehriban xanım Hüseynova vurğuladı ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıldı. Dövlət himni eşidildikdən sonra ,  Koxlear İmplantlı uşaqların uğurlarını göstərən, cəmiyyətə nələr verə biləcəklərini nümayiş etdirən bir gələcəyin təmsilçiləri olduğunu bildirdi.

 Tədbirdə iştirak edən dövlət nümayəndələri tərəfindən bu tədbirin önəmi vurğulandı.

 Tədbirdə iştirak edən uşaqlar, öz yaradıcı bacarıqlarını və arzularını göstərdilər. Onlar öz fəaliyyətləri ilə cəmiyyətə güclü bir mesaj verdilər: məhdudiyyətləri olmayan, enerjili və yaradıcı fərdlərdir. Bu, uşaqların həyatın hər sahəsində iştirak etmək və öz potensiallarını reallaşdırmaq istəyini göstərir.

Bu münasibətlə "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi olaraq, koxlear implant istifadəçilərinin uğur hekayələrini paylaşmaq, bu texnologiyanın cəmiyyət tərəfindən daha yaxşı anlaşılmasını təmin etmək və maarifləndirmə işlərini gücləndirmək məqsədilə xüsusi tədbir təşkil etdi. Tədbir çərçivəsində koxlear implant istifadəçiləri, onların ailələri, tibb mütəxəssisləri və ictimaiyyət nümayəndələri bir araya gələrək fikir mübadiləsi apardılar, uğur hekayələrini paylaşdılar və maarifləndirici müzakirələr həyata keçirdilər.

Bu tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən Koxlear İmplant əməliyyatı olan uşaqlar da iştirak etdilər. Dövlət dəstəyi ilə onlar bu gün məhdudiyyətli geridə qoyaraq özlərini qəhrəman kimi hiss etdilər, eşitmə qabiliyyətlərini bərpa edərək yeni həyata başladılar. Bu təşəbbüs, koxlear implant texnologiyasının ölkəmizdə daha geniş yayılmasına və ehtiyac duyan uşaqların tam və inteqrasiya olunmuş bir həyat yaşamasına mühüm töhfə verdi.

Biz vurğulamaq istəyirik ki, koxlear implantlar sadəcə bir cihaz deyil, həyatın səsini geri qaytaran, insanlara yeni üfüqlər açan bir texnologiyadır. Hər bir fərdin bərabər imkanlarla cəmiyyətə inteqrasiya etməsi üçün maarifləndirmə işlərinin və dəstək proqramlarının davamlı olması vacibdir. "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi olaraq, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirdik və bütün maraqlananları bizimlə birlikdə bu mühüm gündə iştirak etməyə, koxlear implantlı insanlara dəstək olmağa dəvət etdik.

Tədbirin əsas məqsədləri:

✅ Koxlear implant texnologiyasının əhəmiyyətini vurğulamaq
 ✅ Eşitmə məhdudiyyətli insanlara dəstək olmaq və onların sosial inteqrasiyasına töhfə vermək
 ✅ Cəmiyyətin bu mövzuda maariflənməsini artırmaq
 ✅ Koxlear implantlı fərdlərin uğur hekayələrini paylaşmaq və onları cəmiyyətə tanıtmaq

Mehriban Hüseynova
 "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri.

Əlaqə:
 +994 55 724 13 17
 https://ikincises.az
 https://www.instagram.com/ikinci.ses/
 https://www.facebook.com/ikincises.az

 

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı

"Beynəlxalq Koxlear İmplant Günü" münasibəti ilə tədbir keçirilib
Preview