26 Fevral 2025 09:54 | Baxış Sayı: 35

XOCALI SOYQIRIMI - 26 Fevral 1992

Hər bir Azərbaycanlı bilməlidirki, Azərbaycan xaqlının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr ermənilər tərəfindən gətirilib, dinc Azərbaycanlılar misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.
Bir gecədə ermənilər tərəfindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

 

Əlil Təşkilatları İttifaqı

 

XOCALI SOYQIRIMI - 26 Fevral 1992
Preview