07 Aprel 2025 08:55 | Baxış Sayı: 83

Berlində Vətəndaş Cəmiyyəti Forumu və Global Əlillik Sammiti keçirilib.

 

   Berlin şəhərində əlillik üzrə üç beynəlxalq tədbir keçirilib. Tədbirlərdə Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ və təşkilatın əməkdaşı Nədimə Rəhimli iştirak ediblər.

Global Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimindən sonra "İnklüziv humanitar dəstək", "Əlilliyi olan şəxslərin hüquqları" mövzularında panel müzakirələri oldu.

     Növbəti gün Global Əlillik Sammitinin rəsmi açılışmərasimi baş tutdu. Sammit  əlilliyi olan şəxslərin cəmiyyətdə səslərini birləşdirmək, təcrübələrini bölüşmək və tərəfdaşlıq yaratmaq məqsədilə təşkil edilib.

İordaniya və Almaniya hökumətlərinin və Beynəlxalq Əlillik Alyansının təşkilatçılığı ilə aprel ayının 2-də Berlində Qlobal Əlillik Sammiti işə başladı. Rəsmi açılış mərasimində Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz, İordaniya Haşimilər Krallığının kralı II Abdulla ibn Əl-Hüseyni, Beynəlxalq Əlillik Alyansının prezidenti Navaf Kabbara çıxış etdilər, BMT Baş Katibinin müavini Amina Mohammadin video müraciəti dinlənildi. Sabmitdə 100-dən çox ölkədən 3000-dən çox şəxs iştirak etdi. Sammitin iştirakçıları arasında, həmçinin Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli də olub.

Mövzular:

"İnklüziv humanitar dəstək"

"Əlilliyi olan şəxslərin hüquqları"

“Əlilliyi olan qadınların və qızların hüquqları”

“Əlillik üçün Maliyyələşdirmə və Büdcə”

 “Bütün dünyada əlilliyi olan insanlar üçün inklüziv əmək bazarlarının və layiqli işin formalaşdırılması”

“Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzinin (RICH) işə salınması: Çünki gələcəyin şəhərləri hamı üçün əlçatan olmalıdır.”

“Hamı üçün sağlamlıq: Sağlamlıq sistemlərinin transformasiyası və əlilliyi olan insanlar üçün sağlamlıq bərabərliyinin təmin edilməsi”

“Hamı üçün gələcəyə hazır, inklüziv infrastrukturun qurulması – Yeni çağırışlar və yerli həllər”

“Tədricən Fəaliyyətlərdən Sistem Dəyişikliyinə: Təhsil Sistemlərini hər kəsi əhatə edən və hamı üçün əlçatan etmək üçün necə çevirmək olar”

 Yekun olaraq Amman-Berlin bəyannaməsi bu gün qəbul edildi.

    Səfərin sonuncu günü Azərbaycan Əlilliyi olan Şəxsləri Təşkilatları İttifaqının üzvü olduğu Beynəlxalq Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi ilə Almaniyanın ABİD İnstitutunun nümayəndələri arasında mübadilə görüşü oldu. Görüşdə Kuba Əlillər assosiasiyasının nümayəndələri də iştirak etdi.

 Tədbirlərdə iştirak Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə ilə olub.

Qeyd edək ki, Qlobal Əlillik Sammiti əlilliyi olan şəxslərin, xüsusən də cənubdan olan insanların həyatını yaxşılaşdıran unikal mexanizmdir və 2017-ci ildə əlilliyi əhatə edən inkişaf və humanitar fəaliyyət üçün eyni məqsəd və baxışı paylaşan regional və milli maraqlı tərəfləri bir araya toplamaq məqsədilə yaradılıb.

 facebook

 

Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı

Berlində Vətəndaş Cəmiyyəti Forumu və Global Əlillik Sammiti keçirilib.
Preview