03 İyun 2025 17:29 | Baxış Sayı: 11

Son bir ayda özünüməşğulluq proqramı üzrə 945

şəxs üçün kiçik təsərrüfatlar qurulub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

 Ötən ay paytaxt və regionlarda 945 nəfər işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

 Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

 Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

 Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

 

Əlil Təşkilatları İttifaqı

Son bir ayda özünüməşğulluq proqramı üzrə 945  şəxs üçün kiçik təsərrüfatlar qurulub
Preview